Icma.az
close
up
RU
Qədim daş kitabələrdə Musa peyğəmbər haqqında yazılar tapılıb

Qədim daş kitabələrdə Musa peyğəmbər haqqında yazılar tapılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

Müstəqil tədqiqatçı Musa peyğəmbərin həyatı haqqında yazıları qədim daş kitabələrdə aşkar etdiyini iddia edir. Kəşf təsdiqlənərsə, bu, “Müqəddəs Yazılar”ın mətnlərindən kənarda bu peyğəmbərin mövcudluğunu təsdiqləyən ilk arxeoloji sübut ola bilər.

AZƏRTAC “The Jerusalem Post” nəşrinə istinadla xəbər verir ki, müstəqil tədqiqatçı Maykl Bar-Ron Misir mədənində tapılan 3800 illik “Proto-Sinay” yazısını deşifrə edərək mühüm bir kəşfə imza atıb. O iddia edir ki, orada “zot m'Moshe”, yəni, “bu Musadandır” yazılıb. “GEO France” nəşrinə görə, bu deşifrə alimlər və ilahiyyatçılar arasında maraq və mübahisə yaradıb, “Bibliya”dakı Musanın “Müqəddəs Yazılar”ından kənarda onun mövcudluğunu təsdiqləyən arxeoloji sübutlar təqdim edə bilər.

Yazılar eramızdan əvvəl 1800-cü ilə aid olan, dünyanın ən qədim əlifbalarından biri hesab edilən qədim yazı sistemi olan “Proto-Sinay” hərfləri ilə hazırlanıb. Bu yazının Finikiya, yunan və latın əlifbalarının sələfi olduğu düşünülür. “GEO France” bildirir ki, ərazidəki digər tapıntılar arasında Misir ilahəsi Baalatiyə həsr olunmuş yazılarla yanaşı, İsraildə erkən adı El olan tanrıya istinadlar da var. Bu elementlər “Bibliya” rəvayətlərinin mümkün tarixi əsaslarını əks etdirir, həmin dövrdə semit insanlarla misirlilər arasında mədəni və dini qarşıdurmanı göstərir.

Misirdəki Serabit əl-Xadim adlı məkan XX əsrin əvvəllərində “Proto-Sinaitik” mətnlərin tapıldığı qədim firuzəyi mədən yeri olub. Bar-Ronun şərhləri təsdiqlənərsə, bu, arxeoloji məlumatları “Bibliya” mətnləri ilə əlaqələndirən bir kəşfə bərabər olacaq. Tədqiqatçı səkkiz il ərzində yüksək dəqiqliyi olan fotoşəkillərdən və məlum yazıların, xüsusən də əvvəllər mənasız simvollar hesab edilən “Sina 357” və “Sina 361”in 3D skanlarından istifadə edib. Bu, tədqiqatçının Musaya aid etdiyi sübutların təsdiqi ilə nəticələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri