Qədim divarlar arasında bayram ruhu İçərişəhərdə möhtəşəm Novruz şənliyi
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Novruz bayramı Azərbaycanda xüsusi coşqu və böyük maraqla qarşılanır.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, baharın gəlişini, təbiətin oyanışını simvolizə edən bu qədim bayram hər il ölkəmizin bütün guşələrində təntənəli şəkildə qeyd olunur. Novruzun ən sevilən və yaddaqalan adətlərindən biri isə tonqal qalamaqdır.
İnsanlar tonqal ətrafına toplaşaraq həm köhnə ilin ağırlıqlarını geridə qoyduqlarına inanır, həm də yeni ilin uğurlu və bərəkətli olmasını diləyirlər. Bakının tarixi incisi sayılan İçərişəhər ərazisində də bayram ab-havası xüsusi hiss olunur. Qədim divarların qoynunda qalanan tonqal sanki keçmişlə bu günü birləşdirir. Buraya toplaşan sakinlər və şəhər qonaqları milli musiqilərin sədaları altında bayram sevincini bölüşürlər.
İçərişəhərdə qalanan tonqalın ətrafındakı səmimi mühit Novruzun əsas dəyərlərini - birlik, həmrəylik və yenilənmə hissini əks etdirir.
Qalereya
Baxış sayı:184
Bu xəbər 20 Mart 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















