Icma.az
close
up
RU
Qədim diyardan Naxçıvandan başlayan həmrəylik yolu

Qədim diyardan Naxçıvandan başlayan həmrəylik yolu

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Tarixin bu günündə - 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərar qəbul edib

Dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar yaşayırlar. Ancaq harada yaşamalarından asılı olmayaraq, dünya azərbaycanlılarının qəlbi ana Vətənlə döyünür. Tarixin bu günündə - 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərar qəbul edib. Bəhs olunan  sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin.

Beləliklə, həmin tarixdən etibarən hər il 31 Dekabr - Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü soydaşlarımız tərəfindən böyük coşqu ilə qeyd edilir.

Heydər Əliyevin Azərbaycan məfkurəsinə gətirdiyi ümummilli ideya

Artıq həmrəylik günü sayı 50 milyonu ötən dünya azərbaycanlıları üçün ümummilli bayrama çevrilib.  Bu ümummilli ideyanı Azərbaycan məfkurəsinə gətirən isə böyük siyasətçi Heydər Əliyev olub. O, Özünə xas olan uzaqgörənliklə qədim diyarda - Naxçıvanda həmrəylik günümüzün əsasını qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq müvafiq qərar qəbul edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması üçün dekabrın 31-nin müəyyənləşdirilməsi də təsadüfi deyil. Bəllidir ki, imperialist güclərin maraqları bütöv coğrafiyamızı və xalqımızı Arazın o tayı və bu tayı deyilən iki hissəyə bölüb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz xalqımızın birləşmək istəyini simvolizə edir.

Mütəşəkkil təsisatlanma istiqamətində atılan mühüm addımlar

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasını milli məfkurəmizə gətirən  Heydər Əliyev, eyni zamanda, bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təsisatlanması prosesini daha da gücləndirdi.

Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın  təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Azad Şuşada Zəfər qurultayı

Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Şanlı Azərbaycan Bayrağının ölkənin bütün ərazisində əzəmətlə dalğalanması dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşadır.

Eyni zamanda, soydaşlarımız  son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultayın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Şuşadan dünya azərbaycanlılarını salamladı.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri