Icma.az
close
up
RU
Naxçıvandan başlayan müstəqillik yolu

Naxçıvandan başlayan müstəqillik yolu

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında qəbul etdiyi və elə həmin gün də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən 18 oktyabr respublikamızda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Dünyada xalqların sayı çoxdur. Ancaq onların heç də hamısına müstəqil dövlətlərini qurmaq nəsib olmayıb. Bu gün Azərbaycan xalqını xoşbəxt xalq adlandırmaq mümkündür. Çünki bizim milli maraqlarımızı qətiyyətlə qoruyan müstəqil dövlətimiz var, aylı, ulduzlu üçrəngli bayrağımız BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır, dünyanın ən böyük arenalarında himnimiz səslənir. Müstəqil ölkənin vətəndaşı olmaq və tarixi proseslərə şahidlik etmək hər birimiz üçün son dərəcə qürurvericidir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat müstəqillik tariximizə qısa nəzər salaraq bildirib ki, dövlətçilik ənənələrimizin bərpası baxımından XX yüzillik xüsusilə əlamətdar olub:

"Belə ki, ötən yüzillikdə Azərbaycan xalqı iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir mərhələni təşkil edir. Şərqdə ilk demokratik respublika olan AXC dövlət quruculuğunda, idarəetmədə, parlamentin formalaşmasında, o cümlədən qadınların seçmək və seçilmək hüquqlarının tanınmasında bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib”.

Milli Məclisin deputatı ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyimizin bərpasında xalqımızın müdrik oğlu, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, müdrik siyasətçi olan Heydər Əliyev keçmiş sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən rejimin ideoloji buxovlarına baxmayaraq, xalqımızın özünə inam və milli kimlik hisslərini gücləndirib, azərbaycanlı gəncləri keçmiş ittifaqın qabaqcıl ali məktəblərində təhsil almağa göndərməklə milli kadrlar ordusu formalaşdırıb, həmçinin respublikanın möhkəm iqtisadi əsaslarını yaradıb:

"Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan məhz bu iqtisadi, siyasi və ideoloji bazaya əsaslanmaqla ayaqda durub və öz inkişafını təmin edib".

Samir Vəliyev müstəqiliyimizin bərpası dövründə respublikamızda cərəyan edən ictimai-siyasi prosesləri də xatırladıb. Deputat bildirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi şərait yetişəndə xalqımız yumruq kimi birləşərək meydanlarda “Azadlıq”, “Müstəqillik” şüarlarını ucadan səsləndirirdi:

"Xalq müstəqillik uğrunda mücadiləyə daxilən hazır idi. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda müstəqilliyimizə aparan yolun başlanğıcını qoyub. Belə ki, Muxtar Respublikanın Ali Sovetinin17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarılıb. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırılıb. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Eyni zamanda, Heydər Əliyevin çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırıb, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaradıb. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılıb, onun bütün strukturları ləğv edilib. 1991-ci il avqustun 30-da respublika Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış edib və nəticədə həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib. “10 müddəadan ibarət həmin bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. 1991-ci il oktyabrın 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib”.

Milli Məclisin deputatı bildirib ki, 2003-cü ildən etibarən müstəqil dövlətimizin sükanı Prezident İlham Əliyevin əlindədir:

"Dövlətimizin başçısı Heydər Əliyev ideyalarına sadiq qalmaqla Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ümummilli ideyalarımızın reallaşması, ölkəmizin inkişafı, xalqın rifah halının yaxşılaşması naminə uğurlu siyasət həyata keçirir.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam təmin etməsidir. Artıq Şuşa, Xankəndi, Xocalı da daxil olmaqla respublikamızın hər yerində Azərbaycan Bayrağı əzəmətlə dalğalanır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri