Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Qədim Ədilov azadlığa buraxıldı 17 nəfərə 2 milyon “atıb”...

Qədim Ədilov azadlığa buraxıldı 17 nəfərə 2 milyon “atıb”...

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün, noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluğa görə həbsdə olan Qədim Ədilov məhkəmə zalından azadlığa buraxılıb.

Qədim Ədilov həbsinə qədər illərlə Türkiyə və Rusiyada gzilənməklə ədalət mühakiməsindən yayındığına görə İnterpolun “qırmızı bülleteni”nə əsasən beynəlxalq axtarışda olub.

Onun məhkəmə zalından ev dustaqlığına buraxılması iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub.

Zərərçəkənlər Musavat.com-a deyiblər ki, baxmayaraq ki, Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri obyektiv qərar qəbul edərək Qədim Ədilov barəsində həbs qətimkan tədbiri seçmişdilər, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseyn, Elbəy Allahverdiyev və Habil Məmmədov tam qanunsuz qərar verib onu azadlığa buraxıblar.

Zərərçəkənlər Qədim Ədilovun maddi maraq qarşılığında azadlığa buraxılmasını iddia edirlər.

Qədim Ədilov bu ilin fevralına qədər 17 Azərbaycan vətəndaşına qarşı 2 milyon manatlıq dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olub.

Musavat.com xəbər verir ki, Qədim Ədilovun qaçıb gizləndiyi Rusiya ərazisində həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub.

Belə ki, bu ilin fevralında iş üzrə zərərçəkmiş şəxslərdən Xaləddin Yusibov Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsinə rəsmi məktubla müraciət edib. Bundan 5 gün sonra Qədim Ədilov qaçaq həyatı yaşadığı Kaluqa vilayəti ərazisində müəyyən edilərək həbsə alınıb. 26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib. Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib. Bu ilin oktyabrında Qədim Ədilov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Q. Ədilovun həbsi barədə danışan zərərçəkənlərdən Natiq Hümbətov Musavat.com-a deyib ki, onun məhkəmədən ev dustaqlığına buraxılması qanunsuzdur:

“Bu adam 2 dəfə həbsə alınıb, 5 dəfə də barəsində verilmiş qanunsuz qərar ləğv edilib, yenidən istintaqa qaytarılıb. Hər dəfə də azadlığa çıxa bilib, istintaqdan yayınıb”.

Natiq Hümbətov bildirib ki, Qədim Əilovu Rusiya tərəfi Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verəndən sonra mətbuatda yanlış olaraq “məşhur biznesmen” kimi təqdim olunub:

“Qədim Ədilovun dələduzluq əməllərindən zərər çəkmiş xeyli vətəndaş var. Biz - Xaləddin Yusubov, Məmməd Cəfərov, Şahin Aslanov, Mirhəbib Ağalarov, Sadiq Cəfərov, Etibar Kazımov, Rövşən Məhərrəmov və başqaları. Yenə də bu adamı “qurban” kimi göstərib aradan çıxarmaq fikirləri var? Mürəkkəb dələduzluq sxemi qurub insanların ev-eşiyini satdıraraq pullarını çırpışdırmaq nə vaxtdan biznes sayılır? Məşhur biznesmen Araz Ağalarov, İskəndər Xəlilov, Fizuli Ələkbərov və s kimi pillə-pillə biznes qurub zəngin olmuş şəxslərə demək olar. Yoxsa toyuq oğrusu, saxta sənədlərlə iş adamlarını aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirən nə vaxtdan “məşhur biznesmen” olub? Düşünürəm ki, bu cür təqdimat kimlərinsə istintaqın və məhkəmənin rəyini yanlış yönləndirmək cəhdləridir. Necə ki, keçmişdə dələduzdan “ zərərçəkmiş” obrazı yaratmaqla keçmiş baş prokuror müavini Rüstəm Usubov və keçmiş Bakı şəhər prokuroru İlqar Abbasov hansısa maraqlar qarşılığında dələduzu istintaqdan yayındırdılar. Yalnız biz zərərçəkmişlər Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olduqdan sonra Fuad müəllim bu işi nəzarətə götürdü və baş prokuror Kamran Əliyevin də diqqətini bu işə cəlb etdi. Ondan sonra Baş Prokurorluğun İstintaq İdarəsi ciddi araşdırma apardı və artıq ölkədən qaçmış dələduzun həbsi haqda məhkəmə qərarı çıxarıldı. İnterpol “qırmızı bülleten” ilə axtarış elan etdi”.

Natiq Hümbətov deyib ki, Qədim Ədilov Azərbaycandan əvvəlcə Türkiyəyə qaçıb. Zərərçəkənlərin onun izinə düşməsindən xəbər tutandan sonra oradan da Rusiyaya qaçaraq gizlənməyə çalışıb:

“Mən dələduzun izinə düşüb Türkiyə İnterpol İstanbul şöbəsinə məlumat verdim. Lakin “dolandırıcılıq suçları hapissiz yarqılanıyor” deməklə onu həbs etməkdən imtina etdilər. Yəni yerini bilirsənsə, get məhkəməyə ver, pulunu tələb et. Açığı, bu, İnterpol Azərbaycana qarşı qardaş dövlətdəki İnterpol şöbəsinin hörmətsizliyi idi. Və ya onlar rüşvət alıb onu qoruyurdular. Çünki bundan sonra o, duyuq düşüb Türkiyədən Rusiyaya qaçdı”.

Natiq Hümbətov bildirib ki, bir müddət sonra Qədim Ədilovun sorağını Rusiyanın ucqarlarından eşidiblər. Bundan sonra zərərçəkmişlərdən Xaləddin Yusubov dərhal Moskvaya gedib və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Qədim Ədilovun həbsi üçün rəsmi müraciət edib.

Xaləddin Yusibov Musavat.com-a deyib ki, Qədim Ədilov zamanında himayə edilməsəydi, bu gün layiqli cəzasını alıb həbsdə günlərini sayırdı:

“2014-cü ildə bu dələduz özünü “Azəri AQA” firmasının direktoru kimi təqdim edib Rusiyadan “Aziz” adlı firmadan taxta alıb satmağı təklif edirdi. Həmin firmadan ayrı-ayrı firmaların adına rəsmiləşmiş vaqon sənədləri göstərib pul alırdı. Sonradan məlum oldu ki, eyni vaqon üçün 8-10 nəfərdən pul alıb. Rusiyadakı “Aziz” firmasının direktoru Mirhəbib Ağalarov ilə biz istintaqda tanış olanda məlum oldu ki, dələduz Qədim Mirhəbib Ağalarova deyirmiş ki, filan firmaya və ya şəxsin adına vaqon yüklə, rəsmiləşdir, nömrəni göstərib pulunu vurduracam. Sonra deyirmiş ki, həmin şəxsin ödəmək imkanı olmadı, indi sənədi ləğv et, başqa firmanın adına rəsmiləşdir. Sonda da deyirmiş ki, heç birindən pul ala bilmədim. Yük dolu vaqonu özümün “Azəri AQA” firmasına göndər, satıb pulunu özüm verəcəm. Beləcə bizlərlə yanaşı, Mirhəbib Ağalarovu da aldadıb 200 min dollarlıq malını ələ keçirib və onun sənədlərini bizə göstərib ümumilikdə 2 milyondan artıq pulu ələ keçirdi. Biz ondan şikayət etdik və cinayət işi başlandı. Lakin dələduz və onun müəllimi olan atası o zaman prokurorluqda işləyən generallara yol tapdılar və Rüstəm Usubovla İlqar Abbasov bu cinayətkarın “daydayı” oldular. Onlar onun adını MTN-də Çovdarovdan zərərçəkmiş yazdılar və cinayət işini ləğv etdilər. Mən şahid qismində Çovdarovun məhkəməsinə çağırılanda orada məlum oldu ki, bu dələduz özü onlara “donos” yazan imiş və ora davamlı gedib-gəlirmiş. Sadəcə sonuncu dəfə polisə nəzarət prokuroru Mircavan Kazımov haqqında yalançı donos yazanda Çovdarov çağırıb üstünə təpinib ki, “ay alçaq, bizi prokurorluqla düşmən etmək istəyirsən?” Bunu məhkəmədə hamımız eşitdik. İndi təzədən bəzi saytlar gətirib bunu MTN işinə bağlayırlar. Unudurlar ki, daha Rüstəm Usubov kimiləri vəzifədə yoxdur”.

Xaləddin Yusibov Qədim Ədilovun Bakı Apellyasiya Məhkəməsindən azadlığa buraxılmasının istintaqın işinə ciddi maneələr törədəcəyini deyib:

“Bu adamı hər dəfə həbs edib istintaqa cəlb edəndən sonra bir yol tapıb azadlığa çıxır. Sonra da ölkədən qaçır. Bu dəfə də belə olacaq. Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cavid Hüseyn, Elbəy Allahverdiyev və Habil Məmmədov Qədim Ədilovu azadlığa buraxmazdan əvvəl onun dələduzluq bioqrafiyasına nəzər salmalı idilər. İstintaqçıların işini çətinləşdirən, bizə qarşı dələduzluq əməlinin araşdırılmasını əngəlləyən qərar verməkdən çəkinməli idilər. Hakimlərin qərarını qanunsuz, hanısa maraqlara söykənmiş qərar hesab edirik”.

Zərərçəkən Şahin Aslanov da bildirib ki, Qədim Ədilovun Bakı Apellyasiya Məhkəməsindən azadlığa buraxılmasını qanunsuz hesab edir:

“Bu adam dələduzdur. Hakimlər onu niyə azad etdilər? Gedib yenidən dələduzluq etsin?”

Onun sözlərinə görə, Qədim Ədilov yüksək dələduzluq, inandırma qabiliyyətinə malikdir:

“O, Rusiyanın Sverdlovsk vilayətindəki Serov şəhərində taxta emalı ilə məşğul olan, həmin şəhərdə Azərbaycan diaspora təşkilatının rəhbəri Mirhəbib Ağalarovu inandırıb ki, özünün rəhbəri olduğu “Azəri AQA” firması böyük çapda taxta idxalçısıdır. O, bu firma ilə Ağalarova məxsus “Aziz” firması arasında üçüncü firmalara və şəxslərə taxta göndərmək haqda çoxsaylı müqavilələr imzalayıb. Sonra həmin firmalar adına sənədlər rəsmiləşdirib. Lakin sonra deyib ki, o fimalardan pul ala bilmirəm. Sənədləri ləğv et, malı mənim öz firmama vur. Mən ancaq sonradan başa düşdüm ki, o, mənim sənədlərimdən istifadə edib millətdən para toplayırmış. Mənə cəmi bir-iki dəfə xırda məbləğdə ofşor firmalar üzərindən pul göndərdi. Əvəzində isə 200 min dollardan artıq malımı aparıb pulumu vermədi. Pulu mənə nə üçün rəsmi deyil, ofşordan göndərdiyini soruşanda, dedi ki, mən Azərbaycanda vergi vermirəm. Başa düşdüm ki, bu, həm vergidən yayınır, həm də dələduzluq edir. Əməkdaşlığı dayandırıb pullarımı tələb etməyə başladım. Lakin o, pulumu vermək əvəzinə məni Azərbaycanda məhkəməyə verdi ki, guya mən ona borcluyam. Amma yalan ayaq tutar, yeriməz. Məhkəmədə sübut edildi ki, bu, hoqqabaz və dələduzdur. Həbs olunanda çox sevindim ki, nəhayət, haqlı cəzasını çəkəcək. Çox təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi belə bir qərar verdi. Ümid edirəm ki, Qədim Ədilov bu dəfə azadlığa çıxsa da, bizə qarşı törətdiyi dələduzluq əməlinə görə nəhayət ki, layiqli cəzasını alacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri