Icma.az
close
up
RU
Qədim Qəbələnin yeraltı dünyasının bələdçisi

Qədim Qəbələnin yeraltı dünyasının bələdçisi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlyas Babayev – 90

Bugünlərdə Azərbaycanın elmi-mədəni ictimaiyyəti görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin yubileyini onun ruhuna dərin hörmət, elmi irsinə yüksək qiymət duyğu-düşüncələri ilə qeyd edir.

Ötən həftə AMEA-da sevimli müəllimimizin xatirəsinə həsr olunmuş “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda ikigünlük beynəlxalq elmi konfransda çıxış edən çoxsaylı yetirmələri və xarici ölkə mütəxəssisləri qeyd etdilər ki, ömrünü milli arxeologiyanın inkişafına, ölkəmizin yeraltı xəzinəsinin dünya elminə təqdim edilməsinə həsr etmiş fədakar alimin tədqiqatları zaman tanımır və bu gün üçün də önəmlidir. AMEA prezidenti akademik İsa Həbibbəyli, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev, digər natiqlər bildirdilər ki, o, Azərbaycanda elmi məktəb yaratmış alim kimi mənalı ömrünü bütünlüklə tarix elminə və arxeoloji fəaliyyətə həsr edib. Onun tədqiqatları zəngin tariximizi və mədəniyyətimizi dünyaya göstərir.

Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq 8 ildir ki, aramızda yoxdur. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən necə zəhmətsevər, həssas, qayğıkeş ziyalı olduğunu göstərərdi. Geniş diapazonlu mütaliəsi, xüsusən də antik mənbələri orijinaldan oxuyaraq incəliklərinə qədər bilməsi hər kəsdə heyranlıq doğurardı. Bəzən bu barədə saatlarla, yorulmadan danışardı. Elə bu keyfiyyətinə görə arxeoloq həmkarları onu “Azərbaycanın Böyük Pilinisi” – deyə çağırardılar. Arxeoloji tədqiqatlar üçün yetərincə təminat olmadığı, çöl tədqiqat işləri zamanı arxeoloqların ən adi ehtiyaclarının belə ödənilmədiyi o illərdə universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş bir gənc üçün ömrünü bütünlüklə bu işə sərf edərək Vətənin tarixini öyrənmək və yazmaq, həqiqətən, qibtə olunmalı bir nümunədir.

İlyas Babayev 1935-ci ildə Quba rayonunun Xanagah kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlik illərindən qədim dillərə və tarixin müxtəlif sahələrinə böyük maraq göstərib. Elə bu maraq onu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna gətirib. 1969-cu ildə tanınmış arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlayan İlyas Babayev ömrünün sonuna qədər Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqi ilə məşğul olub. Gənc arxeoloq elmi tədqiqatını davam etdirmək məqsədilə 1962-ci ildə Leninqrada (indiki Sankt-Peterburq) gedib. Orada aspiranturada oxuduğu illərdə dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, qədim yunan dilini öyrənməklə də məşğul olub. 3 il aspiranturada təhsil alan gənc tarixçi 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.

Xatırladaq ki, o zaman Azərbaycanda qliptika və sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadan və keramikadan hazırlanmış qliptika abidələri öyrənilməmiş qalırdı. İlyas Babayevin təqdiqatları əsasında müəyyən olunub ki, əksəriyyəti möhür kimi istifadə edilən bu abidələrin cəmiyyətdə əmlak bərabərsizliyinin sinifli cəmiyyətin və dövlətin, habelə iqtisadi-ticari və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti olub.

Artıq tanınmış arxeoloq kimi özünü təsdiq etmiş İlyas Babayev 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutunda “Qafqaz Albaniyasının şəhərləri” (e.ə. IV–III əsrlər) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bilavasitə onun Qəbələdə apardığı arxeoloji tədqiqatlar nəticəsində Azərbaycanın antik şəhərlərinin plan quruluşunu, daxili strukturunu, ticarət və sənətkarlığın inkişaf səviyyəsini, yerli əhalinin dəfn adətlərini, bir sözlə, şəhər əhalisinin məşğuliyyətini və dünyagörüşünü öyrənmək baxımından son dərəcə zəngin material əldə olunub. 1990-cı ildə doktorluq dissertasiyası əsasında tamamlayaraq nəşr etdirdiyi eyni adlı monoqrafiyasında ilk dəfə məhz o, Azərbaycan ərazisində sinifli cəmiyyətin, qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxt şəhəri Qəbələdə aparmış olduğu davamlı elmi axtarışların nəticəsi kimi, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlərin geniş təhlilini verib.

Professor İlyas Babayev 1987-ci ildən ömrünün sonunadək AMEA Arxeolgiya və Etnoqrafiya İnstitutu antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun uzun illər ərzində rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası artıq xeyli vaxtdır ki, beynəlxalq statusda çalışır. Son illər ekspedisiyanın apardığı qazıntılarda Cənubi Koreya Respublikasından olan arxeoloqlar da iştirak edirlər.

Dünyada tanınan alim İlyas Babayevin rəhbərlik etdiyi, Almaniya və Gürcüstan arxeoloqlarının da qatıldığı II beynəlxalq ekspedisiya Şəmkir – Qaracəmirli arxeoloji ekspedisiyasıdır. Bu ekspedisiya Kür çayının sağ sahilində e.ə. V–IV əsrlərə aid şəhər tipli yaşayış yerində böyük sarayın və onun ətrafında digər ictimai binaların qalıqlarını aşkar etmişdir. Sarayın əsas binası, hasarlı həyəti və propleyası (giriş binası) 20 hektara yaxın ərazini əhatə edir. İlyas Babayevin fikrincə, bu abidə çox güman ki, həmin əsrlərdə bütünlükdə Cənubi Qafqazı əhatə etmiş mühüm inzibati mərkəzin qalıqlarıdır.

Arxeoloq kadrlarının hazırlanmasında da İlyas müəllimin xüsusi xidmətləri olub. Onun rəhbərliyi ilə neçə-neçə gənc dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. Alim 270-dən artıq elmi əsərin müəllifidir. O, dəfələrlə dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edib.

AMEA-nın müxbir üzvü İlyas Babayev bir çox ali və orta məktəb dərsliklərinin, həmçinin çoxcildlik “Azərbaycan tarixi”nin I və II cildlərinin, “Azərbaycan ensiklopediyası”nın və “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindəndir. O, Azərbaycanın müxtəlif universitetlərində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Tarixi antropologiya” və s. fənlər üzrə mühazirələr oxuyub.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İlyas Babayev 2001–2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2011–2012-ci illərdə isə həmin komissiyanın sədri olub. Görkəmli alim, nəcib və xeyirxah insan İlyas Babayev 2017-ci il dekabrın 27-də 82 yaşında dünyasını dəyişib.

Nə az, nə çox – düz 50 il Qəbələdə – antik şəhər yerində tədqiqat aparmış İlyas Babayev ömrünün son 15 ilində şəhərin müxtəlif dövrünü və müxtəlif problemlərini öyrənən bir neçə arxeoloji dəstəni özündə birləşdirən Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olub. Beləliklə o, özünün bütün şüurlu ömrünü Azərbaycanın qədim paytaxt şəhəri olmuş Qəbələnin tədqiqinə həsr edib. Görkəmli arxeoloqun elmi irsini yaratdığı məktəb uğurla davam etdirir, əziz xatirəsi ürəklərdə yaşayır.

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri