Icma.az
close
up
RU
Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələ, 25 avqust, AZƏRTAC

Gənclərin Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə infoturu təşkil olunub. İnfotur Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi, Qəbələ regional “ASAN xidmət” mərkəzi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, infotur zamanı gənclər əvvəlcə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları olan “Səlbir” və “Qala” adlanan arxeoloji ərazilərdə olublar. Burada onlara dövrü olaraq aparılmış arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar edilmiş maddi-mədəniyyət nümunələri - ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və tarixi tapıntılar haqqında geniş məlumat verilib, öz möhtəşəmliyi ilə tarixi sınaqlardan bu günümüzədək gəlib çıxan qala divarlarına yaxından baxış keçirilib.

Daha sonra gənclər Qəbələ Arxeoloji Mərkəzində olublar. Bildirilib ki, Azərbaycan tarixinə və arxeologiyasına öz tövhələrini verən və estetik görünüşü ilə göz oxşayan Qəbələ Arxeoloji Mərkəzinin Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı rəsmi açılışını edib. Arxeoloji Mərkəz qədim şəhərin tarixi keçmişini öyrənmək və qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz sərgi salonu, müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Qeyd olunub ki, ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir, bərpa işləri tamamlandıqdan sonra sərgi salonlarında ziyarətçilərə nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, SEBA təşkilatının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gələn Qəbələ Arxeoloji Mərkəzində elm adamlarının, arxeoloqların fəaliyyəti üçün geniş imkanlar yaradılıb, həmçinin burada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruq əməkdaşlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən iş otaqları ayrılıb, onların fəaliyyəti üçün geniş imkanlar açılıb.

Gənclər Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla yaxından tanış olub, onları maraqlandıran suallar qoruğun ekskursiyaçısı tərəfindən cavablandırılıb.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri