Qədim Romadan silikon vadisinə: İlon Mask XXI əsrin Sezarı adlandırıldı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İspaniyanın "Mundo" qəzeti amerikalı sahibkar İlon Maskı XXI əsrin sezarizmini əks etdirən ilin adamı adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bununla bağlı müvafiq material nəşrin saytında dərc edilib.
"O, tamamilə yeni bir təcrübəni təcəssüm etdirir: XXI əsrin sezarizmində şirkətlər dövlətlər və siyasətçilərlə birgə idarəetməyə çağırılır", - deyə məlumatda qeyd edilir.
Məqalənin müəllifləri İlon Mask ilə əfsanəvi Roma sərkərdəsi Yuli Sezar arasında paralel aparıblar. Öz dövrünün ən varlı adamı olan Sezar xalq dəstəyini qazanaraq Roma İmperiyası üzərində hakimiyyəti öz əlində cəmləşdirə bilib. Onun kimi, Mask da böyük sərvət və nüfuza malik olaraq, gündəliyin formalaşmasında və dövlət səviyyəsində əsas qərarların qəbulunda fəal iştirak edir.
İlon Mask əcnəbi mənşəli olduğu üçün ABŞ prezidenti vəzifəsinə namizəd ola bilməsə də, onun seçilmiş dövlət başçısı Donald Trampla münasibətlərini müəlliflər "ən böyük iki eqonun dueti" adlandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















