Icma.az
close
up
RU
XXI əsrin layihəsi

XXI əsrin layihəsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

“Şahdəniz-2” üzrə yekun investisiya sazişinin imzalanmasından 11 il ötür

Dekabrın 17-də Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” bloku üzrə hasil edilən qazın xarici tərəfdaşlarla yekun investisiya sazişinin imzalanmasının 11 ili tamam olur. 2013-cü ildə imzalanan  həmin saziş “Şahdəniz-2” mərhələsi üzrə Azərbaycan qazının dünya bazarına ixracına dərin zəmin yaratmaqla, regionun enerji xəritəsinin dəyişməsində mühüm rol oynayıb. “Şahdəniz-2” layihəsinin gerçəkləşməsi Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropa İttifaqına (Aİ) çatdırılmasının əsasını qoyub. Təsadüfi deyil ki, bu nəhəng layihənin iqtisadi əhəmiyyətini dəyərləndirən Prezident İlham Əliyev “Şahdəniz-2”ni “XXI əsrin layihəsi” adlandırmışdı.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. Ehtiyatları bu günə 1,2 trilyon kub.metr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi ölkəmizin enerji siyasətində yeni dövrün əsasını qoyub.

“Şahdəniz 2” mərhələsi qaz strategiyasında yeni səhifə açıb

“Şahdəniz” qaz layihəsi iki fazaya bölünür. “Şahdəniz 1” üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Birinci mərhələ  üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub.metr qaz və gündəlik 50.000 barel kondensat təşkil edib. “Şahdəniz 1” əsas etibarilə qazın Gürcüstan və Türkiyəyə nəqlini təmin edib. 2007-ci il həmin blokdan hasil olunan təbii qaz “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) vasitəsi ilə Gürcüstana nəql olunub, həmin il iyulun 3-də isə yanacaq Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyəyə çatdırılıb.

Azərbaycanı dünyada qaz ixracatçısı kimi tanıdan “Şahdəniz 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi üzrə hasilata isə 2018-ci ildə başlanılıb.  Həmin ildə illik qaz istehsalı 16 milyard kub.metrə bərabər olub. Bu, yanacağın Aİ-yə çatdırılması üçün artıq lazımı həcmdə mənbənin formalaşması demək idi. İxrac strategiyasına əsasən, Azərbaycan hökuməti və Cənub Qaz Dəhlizi konsorsiumu yanacağın Aİ-yə nəqlinin birinci fazası olan Trans-Anadolu (TANAP) layihəsini icra edib. 2012-ci ildə inşasına başlanan bu kəmər 2018-ci ildə istifadəyə verilib. TANAP qazın Avropa sərhədlərinə qədər ötürən 1839 km-lik nəhəng nəql sistemidir. Azərbaycan qazının birbaşa Avropaya tədarükünü nəzərdə tutuan əsas arteriya isə Cənub Qaz Dəhlizinin ən mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməridir (TAP) ki, tikintisinə 2016-cı ildə başlanılıb. Nəhəng sərmayələr hesabına inşa edilən bu kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kub.metr qaz təşkil edir. “Şahdəniz Mərhələ 2” layihəsi üzrə qaz ixracını həyata keçiriən TAP-ın inşasının 2019-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, qlobal pandemiya və dünya iqtisadiyyatında təchizat zəncirlərinin pozulması kəmərin işə düşməsini və yanacağın nəqlini bir il geriyə çəkib. TAP kəməri ilə bağlı işlərin yekunlaşmasından sonra 2020-ci ilin sonlarında Azərbaycan qazı Aİ-yə ixrac olunub.

Cənub Qaz Dəhlizinin əsas arteriyası - TAP

Ümumi uzunluğu 878 km olan TAP böyük və çoxşaxəli nəql sistemi infrastrukturudur, Avropa ölkələrinin təxminən 30 faizinin ərazisini əhatə edir. Kəmərin 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibindən, 8 km-i isə İtaliya ərazisindən keçir. Həmin marşrut xətti üzərində bir neçə ölkənin nəhəng innektorları qurulub. Belə ki, Bolqarıstana “mavi yanacağın” nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə, Bolqarıstandan Serbiya və Slovakiyaya digər ötürücü innektorlarla həyata keçirir. Digər ötürücü infrastrukturların köməyilə qazın Aİ-nin başqa bölgələrə çatdırılması da təmin olunub. Hazırda Azərbaycan Aİ-nin 10, dünyanın 12 ölkəsinə qaz ixrac edir. Belə ki, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya qaz ailəsinin üzvləridir. Ancaq ixrac alyansında digər ölkələrin də yer alması nəzərdə tutulur ki, bununla da, enerji tədarükü siyasətini şaxələndirən Azərbaycanın maye yanacaqla təchiz etdiyi ölkələrin sayı yaxın 4-5 ildə 15-ə çatacaq. TAP-la 2027-ci ilin sonunadək 20 milyard kub.metrə çatdırılması nəzərdə tutulub.

 “Şahdəniz” ildə 25 milyard kub.metrdən çox qaz ixrac etməyə imkan verir

Hazırda Azərbaycanın “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Abşeron” blokları və SOCAR-ın yataqları üzrə cəmi qaz hasilatının həcmi 45,8 milyard kub.metr təşkil edir. Cari ilin ötən 11 ayı ərzində hasil olunmuş yanacağın 12,1 milyard kub.metri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kub.metri “Şahdəniz”, 1,4 milyard kub.metri isə “Abşeron” yatağı, 7 milyard kub.metri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kub.metr artıq qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kub.metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Avropaya 11,7 milyard kub.metr, Azərbaycanın Gürcüstan, Türkiyə və Aİ-yə ixrac etdiyi yanacağın əsas mənbəyi “Şahdəniz” bloku təşkil edir. Belə ki, 11 ayda ümumilikdə, 23 milyard kub.metrə yaxın olan qazın bütün partiyasını “Şahdəniz” təmin edib, hətta 2,3 milyard kub.metr əlavə qaz ( istehsalın həcmi 25,3 milyard kub.metr) qalıb. Bu o deməkdir ki, təkcə “Şahdəniz” yatağı ildə 25 milyard kub.metrrdən çox qaz ixrac etməyə imkan verir.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1074

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see313

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see245

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see227

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see195

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see195

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see195

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see192

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see179

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see178

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see176

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see176

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see175

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ

31 May 2026 22:26see170

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see166

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see166

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see158

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see154

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see152

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri