Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

İstanbul: Qədim şəhərin müasir bəlaları ARAŞDIRMA

İstanbul: Qədim şəhərin müasir bəlaları ARAŞDIRMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Modern.az-da “Qədim şəhərin müasir bəlaları” adlı yeni layihəyə start verilir. Bu layihə çərçivəsində dünyanın müxtəlif şəhərlərinin tarixi dəyəri ilə yanaşı, onları narahat edən müasir problemləri işıqlandıracağıq.

Rubrikamızın budəfəki buraxılışı İstanbul şəhərinə həsr olunub. Tarixən bir neçə dövlətin paytaxtı olan şəhər son dövrlər siyasi proseslərin mərkəzindədir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu bu ilin əvvəlində məsuliyyətə cəlb edilib, həmin dövrdən etibarən şəhərdə siyasi gərginlik və idarəetmə ilə bağlı müzakirələr daha da artıb.

İstanbul tarix boyu minilliklərə şahidlik etmiş, mədəni və tarixi sərvətləri ilə diqqət çəkən, eyni zamanda sosial və şəhərlə əlaqəli problemlərinin mürəkkəbliyi ilə seçilən şəhərlərdən biridir. 

Qızıl Buynuzun sahillərindən tutmuş Asiyanın ucqar məhəllələrinə qədər uzanan şəhər artıq “tarixin beşiyi”ndən çox “müasir çağırışların mərkəzi”nə çevrilib.

Hər gün "zəlzələ ola bilər” hissi oyanmaq...

Tarixi şəhərin ən başlıca problemi gözlənilən "böyük zəlzələ" ehtimalıdır. Mərmərə bölgəsinin aktiv seysmik zona üzərində yerləşməsi İstanbul üçün ən böyük təbii risklərdən biridir. 1999-cu il Gölcük zəlzələsinin izləri hələ də unudulmayıb. Mütəxəssislər yaxın 30 ildə İstanbulda 7 və daha böyük bal gücündə bir zəlzələnin baş vermə ehtimalının 70%-dən çox olduğunu deyirlər. Şəhərin sıx əhalisi və infrastrukturu zəlzələnin nəticəsini fəlakətli edə bilər.

İnsanların çoxu yaşadığı binanın zəlzələyə davamlı olub-olmadığını bilmir. Köhnə tikililər, qeyri-rəsmi binaların geniş yayılması və gücləndirmə işlərinin kifayət qədər aparılmaması vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər bildirirlər ki, hazırda İstanbulda yüz minlərlə yaşayış binası risk altındadır və genişmiqyaslı yenilənmə proqramına ehtiyac var. Lakin həm maliyyə imkanlarının məhdudluğu, həm də sakinlərin köçürülməsi ilə bağlı çətinliklər prosesin sürətini ləngidir.

İstanbullular üçün gündəlik həyat sanki gözlənilən “böyük zəlzələ”nin kölgəsi altında keçir. Valideynlər övladlarının məktəbinin təhlükəsizliyindən, işçilər isə çalışdıqları binaların davamlılığından narahatdır. Hər gün yeni xəbərdarlıqlar, mütəxəssis açıqlamaları və dövlət proqramları gündəmə gəlsə də, cəmiyyətin böyük hissəsi hələ də özünü güvəndə hiss etmir.

Nəfəs almağa yer qalmayıb...

İstanbulda rəsmi statistikaya görə 16 milyondan artıq insan yaşayır, lakin qeyri-rəsmi məlumatlar bu rəqəmin hətta 20 milyonu keçdiyini göstərir. Hər il yüz minlərlə insan ölkənin müxtəlif bölgələrindən və qonşu dövlətlərdən İstanbula üz tutur. Bu proses isə şəhərin onsuz da yetərsiz olan infrastrukturunu tamamilə yükləyib.

Belə ki, planlaşdırılmadan, sosial xidmətlər olmadan yeni məhəllələr qurulur. Köhnə binalar isə ya zəlzələyə davamlı deyil, ya da şəhər planlamasından kənarda “geceqondu” tipli tikililər olaraq qalır. Bu da öz növbəsində şəhərin mərkəzində və ətrafında sosial təbəqələşməni gücləndirir.

İstanbulda izdiham insanların həyatında da sıxıntıya çevrilib. Səhər işə tələsən minlərlə adam eyni avtobusa, eyni metroya sığışmağa çalışır, bəzən nəfəs almaq belə çətinləşir. Hər yeni gələn üçün şəhər bir az daha daralır, amma kimsə buradan ümidini kəsmir.

Gündüzü də, gecəsi də tıxac...

Aparılan tədqiqatlara əsasən, şəhər sakinlərinin 60%-dən çoxu gündəlik həyatında ən çox narahatlıq doğuran problemin nəqliyyat olduğunu bildirir.

Səhər günəş doğmadan milyonlarla insan şəhərə axışır, lakin işə çatmaq yarışa çevrilir. Metrobus dayanacaqlarında sıxlıq, körpülərdə irəliləməyən avtomobil karvanları artıq İstanbulun gündəlik mənzərəsidir və bu vəziyyət gecə də, gündüz dəyişmir.

Araşdırmalara görə, şəhər sakinləri hər il orta hesabla 288 saatını tıxacda itirir. Pik saatlarda (səhər 05:00–08:30 və axşam 18:00–21:00 arası) əsas yollar, körpülər və sahil xətti hərəkəti iflic edir.

Bu izdiham təkcə əsəblərə yox, dövlətin cibinə də zərər vurur. Mütəxəssislərin hesablamalarına görə, İstanbulun tıxac problemi ölkə iqtisadiyyatına illik 6–10 milyard dollar arasında zərər vurur. Yanacaq israfı, işə gecikmələr, məhsuldarlıq itkisi və logistika xərcləri bu məbləğin əsas hissəsini təşkil edir.

Hökumət və yerli bələdiyyələt çıxış yolu axtarır. Metro xətləri genişləndirilir, yeni nəqliyyat layihələri gündəmə gətirilir. Ağıllı işıqfor sistemləri sınaqdan keçirilir, bəzi körpü və yollarda ödənişli keçidlər planlaşdırılır. Hətta süni intellektin yol hərəkətinə inteqrasiyası ilə bağlı pilot layihələr də hazırlanır. Amma bütün bunlara baxmayaraq, şəhər böyüdükcə, hər gün yollara çıxan avtomobil sayı artdıqca problemin kökündən həlli hələ də üfüqdə görünmür.

Şəhər betonlaşır, yaşıllıqlar yoxa çıxır

İstanbul böyüdükcə yaşıllıqlar yox çıxır. Rəsmi rəqəmlərə görə, İstanbulda adam başına düşən yaşıllıq sahəsi cəmi 7,2 m²-dir. Dünya Sağlamlıq Təşkilatının tövsiyə etdiyi minimum isə 9 m², Avropanın bəzi şəhərlərində isə bu rəqəm 60 m²-dən yuxarıdır. İstanbulun bir çox məhəlləsində isə park və yaşıl sahə demək olar ki, “0”a yaxındır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəhərin sürətli betonlaşması insanların psixoloji rifahına, hava keyfiyyətinə və sosial həyatına mənfi təsir göstərir. Xüsusilə Şişli, Beyoğlu, Kadıköy kimi mərkəzi rayonlarda sakinlər parkdan uzaq yaşayır, uşaq oyun meydançaları azdır. Marmara dənizindəki çirklənmə, havadakı toz və qazların artması, “dəniz seli” böhranı da göstərir ki, təbiət artıq tab gətirmir...

Bütün bu problemlərə baxmayaraq, İstanbul həm qədim tarixin, həm də müasir həyatın bir arada yaşadığı unikal şəhərdir. İstanbulu fərqli edən yalnız Ayasofya, Topqapı Sarayı və Boğaziçi körpüləri deyil. Burada yaşayan milyonlarla insan gündəlik çətinliklərə dözərək İstanbulu yaşadan əsas gücdür.

Mütəxəssislər hesab edirlər ki, zəlzələ riskinə qarşı görüləcək tədbirlər, nəqliyyatdakı ağıllı həllər, yaşıllıqların qorunması və urbanizasiyanın planlı şəkildə idarə olunması ilə şəhərin gələcəyi daha təhlükəsiz və yaşanaqlı ola bilər. Ən önəmlisi isə cəmiyyətin də bu prosesə qoşulması, şəhərin problemlərinə biganə qalmamasıdır.

İstanbul hələ də ümidini itirməyib. Bu qədim şəhər əsrlər boyu saysız-hesabsız sınaqlardan keçib, yenə də ayaqda qalıb. Bu gün də onun taleyini dəyişmək insanların əlindədir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri