Icma.az
close
up
RU
Qədim türk torpağına görə qalmaqal böyüyür: 11 illik qərar ləğv edilə bilər Plan

Qədim türk torpağına görə qalmaqal böyüyür: 11 illik qərar ləğv edilə bilər Plan

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Son dövrlərdə Krım məsələsi yenidən beynəlxalq müzakirələrin mərkəzinə gəlib. ABŞ Prezidenti Donald Tramp yarımadanın Rusiyanın tərkib hissəsi kimi tanınacağını və Ukraynanın da bunu qəbul etməli olduğunu söyləyib.

Maraqlıdır ki, 2014-cü ildə ABŞ və Avropa İttifaqı (Aİ) bu məsələyə görə Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etmiş və baş verənləri beynəlxalq hüquqla ziddiyyət təşkil edən bir addım kimi qiymətləndirmişdi. Lakin son zamanlarda Vaşinqton-Moskva əlaqələrində müəyyən yumşalma müşahidə edilir. Krımla bağlı proses Avropada da ciddi şəkildə izlənilir.

Trampın mövqeyi təsdiqlənə, Krım Rusiyanın tərkib hissəsi kimi tanına bilərmi? Bu halda geosiyasi proseslərdə nə kimi dəyişiklər müşahidə olunar?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, baş verənlər və ifadə olunan bəyanatlar Krımla bağlı ssenarinin uğurla işlədiyini göstərir:

“Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım üzərində nəzarətin təhvilinə hazır olub-olmaması ilə bağlı suala, “Mən belə düşünürəm”, – cavabını verib. ABŞ lideri həmçinin Rusiya Prezidenti Vladimir Putini atəşkəsə çağırıb. Nə Zelenski, nə də Putin hələ ki, Trampın son bəyanatlarına cavab verməyiblər. Planla bağlı danışıqlar sürətləndikcə, Almaniyanın yeni administrasiyasından sərt açıqlama gəldi. Bu ölkənin müdafiə naziri Boris Pistorius Ukraynanı atəşkəs müqabilində geniş ərazi güzəştlərini ehtiva edən sazişi qəbul etməməyə çağırıb. Almaniyanın ictimai yayımı olan “ARD”a danışan Pistorius, Ukraynanın Trampın son təklifini qəbul etməsinin “təslim olmaq” mənasına gələcəyini iddia edib. Pistorius Kiyevin bunu qəbul etməməli olduğunu deyib və əlavə edib: “Ukrayna həmin təklifdə qeyd edilənlərə bir il əvvəl nail ola bilərdi. Bu, bir növ təslimiyyət kimi görünür.

Zelenski ilə ikitərəfli görüşün ardınca Romadan ayrılan Tramp, bu həftənin əvvəlində Moskvanın Kiyevə zərbə endirməsindən sonra Putinin müharibəni bitirmək istəyini şübhə altına alaraq, onu tənqid edib. Ağ Ev rəhbəri sosial şəbəkədəki paylaşımında Putinin mülki ərazilərə raket atması üçün heç bir səbəbin olmadığını söyləyib. Trampın nümayəndəsi Stiv Uitkoff və Rusiya prezidenti cümə günü Moskvada Ukraynada atəşkəsi müzakirə etmək üçün görüşüblər. Bu danışıqlardan sonra Tramp bildirib ki, Rusiya və Ukrayna razılaşmaya çox yaxındır”.


Züriyə Qarayeva

Politoloq bildirib ki, aprelin 25-də Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Uitkoffun Putinlə görüşündə Rusiyanın xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və Rusiya Sərvət Fondunun sədri Kirill Dmitriev də iştirak ediblər:

“Uşakov üç saat davam edən görüşün “konstruktiv” keçdiyini və digər məsələlərlə yanaşı, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların mümkünlüyünün də müzakirə edildiyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 25-də deyib ki, Moskva müharibəni dayandırmaq üçün ABŞ-la razılaşmaya hazırdır, lakin bəzi elementlərin “incə tənzimləmə”yə ehtiyacı var.

ABŞ və Avropanın sülhə dair təklifləri təhlükəsizlik təminatları kimi əsas sahələrdə fərqlənir. Aprelin 23-də Londonda keçirilən görüşdə Aİ və Kiyevin bu təklifə cavabı amerikalılara çatdırılıb. ABŞ-ın planı Ukraynada təhlükəsizliyi Ağ Ev olmadan təmin etmək üçün Britaniya və Fransanın başçılıq etdiyi “istəklilər koalisiyasını” nəzərdə tutur. Avropalılar çalışırlar ki, Birləşmiş Ştatlar və başqaları Ukraynaya hücum ediləcəyi təqdirdə ona dəstək göstərmək üçün NATO tipli öhdəlik şəklində “möhkəm” zəmanətlər versinlər. Avropa da ABŞ-ın Ukraynanı NATO-ya qadağa qoyacağı vədini qəbul etmir, məsələni uzatmağa üstünlük verir. O, həmçinin Ukraynada Avropa qoşunlarının mövcudluğunu məhdudlaşdırmaq cəhdini də rədd edir. Brüssel və Kiyev yalnız atəşkəs qüvvəyə mindikdən sonra işğal olunmuş Ukrayna ərazilərinə nə baş verəcəyini müzakirə edəcək. ABŞ-ın təklifi Rusiyanın Krımı ilhaqını tanıyacaq və bütün Luqansk da daxil olmaqla, işğal edilmiş digər ərazilər üzərində Rusiyanın nəzarətini de-fakto tanıyacaq”.

Politoloqun sözlərinə görə, Zaporojya AES Ukraynaya qaytarılacaq, lakin ABŞ-ın nəzarətində qalacaq və həm Rusiya, həm də Ukraynanı elektrik enerjisi ilə təmin edəcək:

“Kontrplanda Rusiyaya elektrik enerjisinin verilməsindən bəhs edilmir. ABŞ-ın 17 aprel təklifi Rusiyaya qarşı 11 illik sanksiyalara son qoymağı öhdəsinə götürür, əks plan isə davamlı sülhdən sonra tədricən yumşalmağı təklif edir. Uitkoff planında Rusiyada saxlanılan ukraynalı uşaqları açıq şəkildə qeyd etmir, lakin bu, Avropa-Ukrayna reaksiyasının mərkəzində dayanır. O qeyd edib ki, danışıqlar Rusiya və ABŞ-ı təkcə Ukrayna ilə bağlı deyil, digər məsələlərdə də mövqelərində yaxınlaşdırıb. Uşakov söyləyib ki, iki ölkə arasında məhsuldar dialoq müxtəlif səviyyələrdə davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri