Icma.az
close
up
RU
Qədim yunan şəhərini Suxumidə axtarırlar

Qədim yunan şəhərini Suxumidə axtarırlar

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Arxeoloqlar qədim Yunanıstan tarixindən itmiş Dioskuriya şəhərinin qalıqlarını Suxuminin antik xarabalıqlarında axtarırlar. 2025-ci ildə tədqiqatçılar aşkar edilmiş strukturların, o cümlədən qala və divarın qalıqlarının tarixini daha dəqiq müəyyən etmək üçün növbəti dəfə daha böyük miqyasda, əhatəli arxeoloji qazıntılar aparmağı planlaşdırırlar.
Reyting.az
TASS-a istinadla bildirir ki, 2024-cü ildə Basla çayının mənsəbindəki su basmış tikililərin hörgülərindən məhlul nümunələri götürülüb. Alimlər ümid edirlər ki, aparılacaq tədqiqatlar bu obyektlərin hansı tarixi dövrə aid olduğunu dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Krımın və Aralıq dənizinin Tarixi Arxeoloji Tədqiqatları Mərkəzinin direktoru Viktor Lebedinskinin qeyd etdiyi kimi, məhz bu ərazidə eramızdan əvvəl V əsrə aid qəbir stelesi aşkar edilib. Alimlərin fikrincə, bu fakt da qədim və çox böyük şəhərlə əlaqəli ola bilər.
Viktor Lebedinski deyib ki, hələlik dəqiqliklə müəyyən edilməyən batmış tikililər araşdırılır: “Bunlar dairəvi qüllənin qalıqları və divarın bir hissəsidir. Əminəm ki, hörgüdən götürülən məhlulu tədqiq etməklə, onların tarixini müəyyən edəcəyik".
Lebedinski bildirib ki, qədim tarixə malik olan Dioskuriya şəhəri Qafqazda və Qara dəniz sahilində tarixi eradan öncə VI əsrə aid bir şəhər kimi bu coğrafiyada yeganə yunan koloniyası hesab edilir. Bu şəhərin harada yerləşməsi hələ də tədqiqatçılar arasında mübahisə mövzusudur. Alimlərə görə, belə bir ehtimal da var ki, bu qədim şəhərin müəyyən hissəsi dənizin suyunda aşınma nəticəsində Suxumi buxtasındakı sahədə yuyulub tədricən dənizin dibinə çökə bilərdi.
2025-ci ildə arxeoloqlar bu strukturların tarixini təyin etmək üçün əlavə material əldə etmək üçün körfəzin dibinə enəcək, kəşfiyyat qazıntıları aparacaqlar.
Alimlər ümid edirlər ki, bu tədqiqatların nəticəsi kimi tapıntıların köməyi ilə onlar Dioskuriya nekropolu arasındakı əlaqəni aydınlaşdıracaqlar. Arxeoloqların fikrincə, dərinliklərdə gizlənən bu qədim şəhərin Suxumidə yerləşən, Qara dənizin körfəzində suyun altında qalan antik bir yunan koloniyası olub-olmadığını ancaq nümunə kimi götürülən məhluldan alınan ekspertizanın cavabı ilə müəyyənləşdirmək mümkün olacaq.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:506
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri