Icma.az
close
up
RU
Ramiz Mehdiyevin övladları: oğlu Suxumidə, qızı Moskvada doğulub

Ramiz Mehdiyevin övladları: oğlu Suxumidə, qızı Moskvada doğulub

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezidenti Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin adı yenidən gündəm olub. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən 87 yaşlı akademikə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsində cinayət işi açılıb.

R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.
O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
R.Mehdiyev hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. O, həm də hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında təmsil olunur.
Bu aralarda Ramiz Mehdiyevlə yanaşı, onun övladları da medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Onlar kimdirlər, nə işlə məşğuldurlar?
Modern.az-ın məlumatına görə, Ramiz Mehdiyevin bir oğlu, bir qızı var. 
Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 25.06.1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
T.Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.
Teymur Mehdiyev 5 may 2014-cü il tarixində fövqəladə hallar nazirinin müavin təyin olunub və ona general-mayor rütbəsi verilib.
Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Teymur Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva uzun illərdir elm sahəsində çalışır. O, 1970-ci ildə Moskva şəhərində dünyaya gəlib. (Həmin dövrdə atası Ramiz Mehdiyev Moskva Dövlət Universitetinin aspirantı olub).
K.Əliyeva 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində təhsil alıb. O, əmək fəaliyyətinə Zoologiya İnstitutunda başlayıb.
1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub. 2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib.
Kamilə Əliyeva (həyat yoldaşı – keçmiş deputat İlham Əliyevin soyadını daşıyır) 1999-cu ildən BDU-nun psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışıb. 2010-cu ildən kafedranın professorudur.
O, 2004-cü ildən həm də BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Kamilə Əliyeva 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən “İlin müəllimi” adına layiq görülüb.
Yeri gəlmişkən, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva əslən Gürcüstanın Poti şəhərindəndir. Qalina Mehdiyeva ilə bağlı rəsmi açıqlamada onun anasının gürcü, atasının polyak əsilli olduğu bildirilib. 

A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:383
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri