Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi FOTOLAR

Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi FOTOLAR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyədə çörək, hər süfrənin ayrılmaz hissəsidir – istər kənd mətbəxlərində, istərsə də şəhər restoran və kafelərində.

Lakin çörək bu torpaqlarda sadəcə qida deyil, yaşayan bir irsdir.

Anadolunun, məskun həyatın ən qədim beşiklərindən birinin, minilliklərə söykənən çörək ənənəsi hər yeni arxeoloji tapıntı ilə daha da zənginləşir. Türkiyənin müxtəlif bölgələrində tapılan qədim çörək qalıqları və çörəkbişirmə alətləri bu mədəniyyətin dərin köklərə malik olduğunu və nəsildən-nəslə ötürüldüyünü sübut edir.

Son illərdə Anadoluda aparılan arxeoloji qazıntılar, çörəyin minillik tarixini üzə çıxarır və Türkiyənin zəngin kulinariya irsi haqqında yeni məlumatlar təqdim edir. Konya bölgəsindəki UNESCO Dünya İrs Siyahısına daxil edilən qədim Çatalhöyük yaşayış yerində, arxeoloqlar təxminən 8 600 il yaşında mayalı çörək qalıqları tapıblar. Təqribən e.ə. 6600-cı ilə aid edilən bu tapıntı, indiyədək məlum olan ən qədim çörəklərdən biridir.

Bənzər bir kəşf isə Eskişehirdəki Küllüoba təpəliyində qeydə alınıb. Burada alimlər 5 000 il əvvələ aid olan dünyanın ən qədim mayalı və bişmiş çörəyini tapıblar. Analizlər, çörəyin tərkibində qədim emmer buğdası və mərcimək izlərinin olduğunu göstərib. Araşdırmalara görə, çörək təxminən 140°C temperaturda bişirilib, bir hissəsi isə bəxşiş və bərəkət rituallarında yandırılaraq evin arxa hissəsindəki otağın girişinə basdırılıb. Bu tapıntı, həmin dövrdə inanclar və gündəlik həyatın bir-birinə necə sıx bağlı olduğunu göstərir.

Karaman bölgəsindəki Topraktepe (Eirenepolis) antik şəhərində aparılan qazıntılarda isə VII–VIII əsrlərə aid beş yanmış çörək tapılıb. Mütəxəssislər bu çörəklərin erkən xristian mərasimlərində istifadə olunan dini simvolik çörəklər ola biləcəyini düşünürlər.

Türkiyənin ən qədim yaşayış məskənlərindən biri olan Şanlıurfanın Harran xarabalıqlarında aşkarlanan başqa bir tapıntı da maraq doğurub – paxlava naxışlı çörək qəlibi. Təxminən 800 il əvvələ aid bu qəlib, qədim dövrlərdə insanların gündəlik çörəyi necə hazırladıqlarına dair yeni ipucları təqdim edir.

Bu qədim tapıntılar Anadolunun dərin köklərə malik çörək və xəmir məmulatı ənənəsini bir daha üzə çıxarır. Minilliklərə dayanan bu mədəniyyət bu gün də Türkiyənin hər bölgəsində yaşayır və öz rəngarəngliyi ilə seçilir.

Ənənəvi çörəkxanalar və ev ustaları, bu gün də yerli məhsullardan istifadə edərək onlarla növ çörək və bulka hazırlayırlar. Qara dəniz bölgəsi qızılı qarğıdalı unu çörəyi ilə, Şərqi Anadoluda təndir çörəyini buxarlanan şorbalarla, Mərkəzi Anadoluda isə bazlamanı ətli yeməklərlə dadmaq mümkündür.

Türkiyənin çörək mədəniyyəti, ölkənin coğrafiyası qədər zəngin və müxtəlifdir – hər bölgə öz dadını, öz ənənəsini yaşadır.

Türkiyədə klassik somun çörəyi hər süfrədə öz yerini tutur. Lakin ölkənin müxtəlif bölgələrində bişirilən onlarla yerli çörək növü həm bölgənin iqlimini, həm də əsrlər boyu formalaşmış ənənələrini əks etdirir. Bu çörəklər arasında ən məşhurlarından biri də pidedir – adətən odun sobasında, daş təndirdə bişirilən qalın yastı çörək növü. Pide müxtəlif formalarda hazırlanır: tırnak pide, tombik pide və ya Ramazan pidesi kimi fərqli versiyaları var. Bəzən də müxtəlif içliklərlə – pendir, ispanaq, qızardılmış ət və ya qiymə ilə bişirildikdə, bu çörək ləzzətli bir xəmir yeməyinə çevrilir.

Pidenin populyarlığı o qədər artıb ki, bu gün İstanbul kimi böyük şəhərlərdən tutmuş kiçik Anadolu qəsəbələrinə qədər hər yerdə ona həsr olunmuş xüsusi pide restoranlarına rast gəlmək mümkündür.

Türkiyə mətbəxində xüsusi yer tutan digər iki çörək növü – lavaş və yuxa – əsrlərdir Anadoluda formalaşan kulinariya ənənəsinin ayrılmaz hissəsidir. Qədimdən bəri bu çörəklərin hazırlanması qadınların birgə gördüyü ictimai fəaliyyət sayılırdı: onlar qış tədarükü və ya toy kimi xüsusi günlər üçün nazik xəmir qatlarını birlikdə açırdılar. Bu qədim adət, 2016-cı ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Lavaş, nazik yastı çörək növü – adətən şirəli kabablarla birlikdə süfrəyə verilir. Dönər, ədviyyatlı çiğköftə və digər qızartma yeməklər tez-tez yumşaq, dadlı lavaşın içinə bükülərək dürüm kimi təqdim olunur. Yuxa isə lavaşdan da nazik olur və adətən pendirlə səhər yeməyində yeyilir – sadə, amma əbədi ləzzət kimi. Hətta Türkiyənin milli deserti sayılan baklavanın da əsasında məhz bu incə yuxa qatları dayanır.

Çörək, Anadolunun həyat və mədəniyyətinin bir parçası olub və bu gün Türkiyədə bu qədim ənənəni həm tarixində, həm də dadında kəşf etmək mümkündür. Bu zəngin irs, həmçinin Anadolunun müxtəlif bölgələrindəki qədim çörək hazırlama üsullarında və bu gün də davam edən mətbəx ənənələrində öz əksini tapır.

"Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri