Icma.az
close
up
RU
Qədir Rüstəmovun 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib

Qədir Rüstəmovun 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib

Icma.az bildirir, 525.az portalına istinadən.

“Qarabağın maralı” , “Apardı sellər Saranı”, “Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər”... Xalq artisti Qədir Rüstəmovun repertuarında əsas yer tutan mahnıların adını çəkmək kifayətdir ki, onun bənzərsiz səsini qulaqlarında hiss edəsən. O, bu mahnıların hər birinin üzərinə sanki öz möhürünü vurub, öz imzasını həkk edib. Görünür, elə buna görə də onun səsini “Allah vergisi”, “qeybdən gələn səs” adlandıranlar da olub, “Ağdamın bizdə olan hissəsi”, “Ağdam yarasının məlhəmi” hesab edənlər də... Xalq şairi Bəxtiyar Vahabzadə isə onun haqqında belə deyib: “Qədir Rüstəmov öz ifası ilə “Sona bülbüllər”ə heykəl qoydu, “Sona bülbüllər” də Qədir Rüstəmova heykəl qoydu”...

525.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Qədir Rüstəmovun 90 illiyi münasibətilə keçirilən xatirə gecəsində bu barədə danışılıb.

Gecənin aparıcısı yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli xanəndənin böyüdüyü mühit, sənətdə atdığı addımlar, keçdiyi həyat yolu, ona uğur qazandıran və sevdirən ifa tərzi, bənzərsiz istedadı haqqında ətraflı məlumat verib.

Xatirə gecəsində çıxış edən yazıçı, xanəndənin həyatından bəhs edən “Evləri köndələn yar” povestinin müəllifi, Milli Məclisin deputatı Aqil Abbas, jurnalist, ustad sənətkardan bəhs edən “Qeybdən gələn səs” filminin müəllifi Fəxrəddin Hacıbəyli, ötən əsrin 80-ci illərində “Ağdamda Qədir Rüstəmovla atüstü söhbət” adlı müsahibənin müəllifi, yazıçı Seyran Səxavət onunla bağlı xatirələrini, yaradıcılıq prosesində üzləşdikləri hadisələri xatırlayıblar.

Əməkdar incəsənət xadimi Çingiz Abbasov, xanəndənin sənət dostu, tarzən Aydın Mehrəliyev Qarabağın ən gözəl və fərqli səslərindən olan Qədir Rüstəmov sənətinin ecazkarlıq və bənzərsizliyindən bəhs ediblər.

Çıxış edənlər belə fikir səsləndiriblər ki, dinləyicini səsinin sehrinə salan ustad sənətkar oxuduğu bütün muğam və mahnıları çox böyük məharət və ustalıqla ifa edib, hətta o dərəcədə ki, onları bir-birindən ayırmaq olmaz. Lakin onların arasında “Sona bülbülləri” ona görə istisnalıq təşkil edir ki, Qədir Rüstəmovun “vizit vərəqi”nə çevrildi.

Xalq mahnılarının və muğamların əvəzsiz ifaçısı haqqında videoçarxlar nümayiş olunub, ifasından parçalar səsləndirilib.

Əməkdar artistlər İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradova, Mustafa Mustafayev, Yusif Cəfərbəyli, Murad Laçın və başqaları xanəndənin repertuarında yer alan mahnılar və muğam parçaları ifa ediblər. Əməkdar artist Azad Şükürov Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirib.

Məşhur filosof və natiq Siseronun belə bir sözü vardı: “Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir”. Doğrudan da belədir, Xalq artisti Qədir Rüstəmovun həyatı təkcə övladlarının, nəvələrinin, onu sevənlərin həyatı ilə deyil, həm də onunla bağlı xatirələr, əhvalatlarla davam edir. Bir də bənzərsiz və qənirsiz səsi ilə ifa etdiyi və həmişə bizimlə olan gözəl və bənzərsiz mahnılarlar: “Qarabağın maralı” , “Apardı sellər Saranı”, Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər” ilə... (AZƏRTAC)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri