Qədir Rüstəmovun xanımı: “O, rəhmətə gedəndə Kəmaləddin Heydərov zəng edib dedi ki...”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Nazirlər onu məclisə çağırırdılar, deyirdilər, elə bir ağız oxu.
İnanmarsınız ki, o evə qayıdanda cibi dolu gəlirdi. Toylara getməsə də, sənəti bizi dolandırırdı. Varlı adamlar olurdu ki, deyirdi, heç oxuma, elə gəl, bizim toyda otur, qoy, səni görsünlər. Kəmaləddin Heydər onu çox sevirdi. Yoldaşım rəhmətə gedəndə bizi çağırdı, dedi, nə lazımdı. Oğlanlarımın işə düzəlməyinə kömək oldu”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Müsavat.com”-a müsahibəsində böyük sənətkar, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı Qədir Rüstəmovun xanımı Fatma Rüstəmova deyib:
"Qədir müəllim maraqlı insan idi və maraqlı hobbiləri var idi. Çayların içindən rəngbərəng daşlar yığırdı. Hətta o daşın birindən üzüyünə qaş düzəltdirmişdi. O daşlardan bəzilərini Heydər Əliyev Fondunda muzeyə qoymuşuq. Balıq tutmağı da çox sevirdi, təbiətə bağlı idi”.
“Cebheinfo.az”
Baxış sayı:130
Bu xəbər 24 Fevral 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















