Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Yoldaşım rəhmətə gedəndə Kəmaləddin Heydərov zəng edib dedi ki...” Qədir Rüstəmovun xanımı ilə MÜSAHİBƏ

“Yoldaşım rəhmətə gedəndə Kəmaləddin Heydərov zəng edib dedi ki...” Qədir Rüstəmovun xanımı ilə MÜSAHİBƏ

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı mərhum Qədir Rüstəmovin xanımı Fatma Rüstəmova musavat.com-a müsahibə verib.

Mia.az müsahibənin maraqlı olmasını nəzərə alaraq, onu təqdim edir:

- Qədir müəllim əslən Şuşalıdır. Ailəsi 1915-ci ildən sonra Ağdama köç edib. O, 1935-ci ildə Ağdamda anadan olub. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı- 5 qızı,4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qardaşları heç bir musiqi məktəbinə getmədən bədahətən tar çalıblar. “Zəminxarə Təsnifi”ni Nadir müəllim kimi heç kim gözəl çala bilmədi. Digər qardaşı Bəkir müəllim həm tar, həm də kaman çalırdı. Babaları Mehdi kişinin də çox yaxşı səsi var imiş. Qədirin əmisi oğlu Eldar Rüstəmov Ağdam toylarının əksəriyyətində ifa edib. 

Yoldaşım Ağdamda 3 nömrəli məktəbdə oxuyub, daha sonra Üzeyir Hacıbəyov adına texnikumu bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Onun diplomlarını muzeyə təhvil vermişəm. Bəzən yazırlar ki, Qədir müəllimin savadı yox idi. Əksinə çox savadlı idi və mütaliəni çox sevirdi. Bəzən mən evdə hansısa qəzəli şifahi oxuyurdum, yoldaşım onu əzbərləyirdi. Xaqani Şirvaninin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin qəzəllərini sevirdi.   

Onun Ağdamda böyük kitabxanası qaldı. Klassik rus və Avropa yazıçılarının əksəriyyətinin əsərlərini orada tapa bilərdiniz. Təəssüf ki, biz o kitabları özümüzlə götürə bilmədik, Ağdam işğal olunanda canımızı çıxardıq, hər şey orada qaldı. İndi həmin qiymətli arxiv yadıma düşəndə çox üzülürəm.

-Qədir müəllimin sənətdə kəşf olunmasında kimlərin rolu olub ? 

- Yoldaşım 5-6 yaşından oxuyurmuş. Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın bütün toylarında, el şənliklərində Xan Şuşinksi ilə bərabər iştirak edib. Bahadur kişi Qədiri 11 yaşında Xan əminin yanına aparıb və deyib ki, bu uşaq qəşəng oxuyur, onu dinlə. Xan ona deyib ki, “ay qara oğlan, oxu görək, səsini yaman tərifliyirlər. Görək, nə qüdrətə maliksən”.

Qədir orada “Qarabağ şikəstəsi”ni oxuyub. Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy -buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”.

Qədirin ilk qavalını və qəlyanını Xan Şuşinski bağışlayıb. Yoldaşımın 20-25 yaşlarında Xan əmi onu özü ilə toylara aparırmış. Hətta onu Seyid Şuşinskiyə də təqdim edib, deyib, gör necə oxuyur.  Qədir “Çahargah” oxuyub. Seyid  necə bəyənibsə, yoldaşımı Bakıya dəvət edib. Deyib, “gələcəyin dəhşət olacaq, hamını keçəcəksən, arıq cüssənə baxmayaraq, şir kimi oxuyursan”.

-Onunla tanışlığınız necə olmuşdu? 

-Bacımın ailəsi Qədir müəllimgilin evinin yaxınlığında yaşayırdı. Mən onlara gedib gələndə yoldaşım məni görüb bəyənmişdi. Dəfələrlə atama xəbər göndərmişdi ki, mənə elçi düşmək istəyir, lakin atam bu izdivaca razı olmurdu. Çünki aramızda 20 yaş fərqi var idi. Buna görə də Qədir müəllim məni qaçırmışdı.

-Dediniz, Ağdamdakı kitabxananı götürə bilmədiniz, işğal günü çıxmışdınız?

- 1992-ci ildə ermənilər Ağdamı güclü raket atəşinə tuturdular. Onda uşaqlarımız balaca idi. Qədir müəllim bizi Ağdamdan çıxarıb Oğuza apardı, özü isə yenidən oraya qayıtdı. Atışmalar dayananda uşaqlarla yenidən evimizə geri döndüm.  Ağdamda bizim yaşadığımız küçədə artıq yaşayış yox idi. Bir bizim ailə idi, bir də əsgərlər...Bir gecənin içində taleyimiz dəyişdi. 1993-cü ildə Ağdamı yenidən raketlə atəşə tutdular. Uşaqlarımızı da götürüb yola düşdük. Ağdamın çıxacağında maşının benzini qurtardı. Təsəvvür edin ermənilər şəhərin o başından hücuma keçiblər, biz də bu başında yolda qalmışıq. Qaçan, ağlayan, traktorun üstündə gedən... Beləliklə, qardaşım benzin tapıb gətirdi və biz Ağdam şəhərindən çıxıb, Çəmənli kəndinə gəldik. Orada düşündük ki, bəlkə, ermənilər geri çəkiləcəklər və biz evimizə geri qayıda biləcəyik. Lakin elə o vaxtdan Ağdama həsrət qaldıq. Ondan sonra bir neçə rayona getdik və sonda Oğuzda məskunlaşdıq. Uşaqlarımız instituta qəbul olunanda Bakıya köçdük.

Qədirin günü Ağdamda hərbçilərlə keçirdi. Ona silah və hərbi paltar vermişdilər. Səngərdə gözləyirdi ki, bu gün, sabah Ağdamı qaytaracaqlar. Qədir müəllim bir müddət qaçqın şəhərciyində Qızıl Ayparanın çadırında yaşadı. Çünki şəhərcik Ağdama yaxın idi, hər gün hərbi hissələrə gedə bilirdi. Xalq artisti Rəmişlə Qədir əsgərlərimiz üçün çalıb oxuyurdular.

Ağdam işğal olunanda yoldaşım günlərlə üzün qırxmadı, özünə gələ bilmədi. Çox ağır depressiyaya girdi...Mən çox istərdim ki, Ağdam şəhəri bərpa olunanda Qədir müəllimin adına bir küçə salınsın və bir musiqi məktəbi tikilsin. O, son nəfəsinə qədər Ağdamı arzuladı. 1993-cü ildə Ağdam işğal olunandan sonra uzun illər toylara getmədi. Çox qürurlu insan idi. Deyirdi ki, deyəcəklər, torpağı işğal olunub, bu toylarda oxuyur. Halbuki o sənətkar idi, ailəsini sənəti ilə dolandırırdı. 1996-cı ildə Heydər Əliyev yoldaşımı “Şöhrət ordeni” ilə təltif etdi və ona dedi, “bizim bir qarış torpağımız ermənilərdə qalmaycaq. Sən bu gündən get, sənətini davam etdir, bu cür səsin var”. Ondan sonra Qədir müəllim 6-7 muğam yazdırdı. Lakin toylara heç vaxt pul danışıb getmədi, qonaq qismində iştirak etdi. 

-Deyəsə, həm də kaprizli insan olub, hər toya getmirmiş...

-70-ci illərdə mədəniyyət naziri qardaşının oğlunun toyuna çağırdı, getmədi. Rayonda olanda zəng edirdilər ki, filankəs rayona gəlir, Qədir gərək mütləq oxusun. “Mən balıq tutmağa gedirəm”- deyib imtina edirdi. Heç kəs ona zorla nəsə etdirə bilməzdi.

Bəzən də olurdu ki, kimsə zəng edirdi və deyirdi: “Qədir müəllim, mənim arzumdur ki, siz mənim uşağımın toyunda oxuyasınız”.

Bir qəpik götürmədən gedib həmin adamın toyunda oxuyurdu. Qəlbi yumşaq adam idi.  Bir tikəni də bölüşərdi. Həyətdə qonşunun uşağı ağlayırdısa, gedib onu evə gətirirdi ki, yedizdir, acından ağlayır. 

-Qədir müəllim haqda sənətkar kimi danışdıq. Bəs necə ailə başçısı, necə ata idi?

- Ona kimsə meyvə bağışlayanda yeməzdi, gətirib balaları arasında bölərdi. Neçə il özünə əyin-baş almadı ki, qoy pulu övladlarımızın təhsilinə xərclənsin. İki oğlumuz, bir qızımız var, üçü də ali təhsil alıb. Ataları qoymadı ki, uşaqlar əziyyət çəksin.  Dedi, “nə qədər sağam, qoy uşaqlarım ürəkli böyüsün”.
Bir dəfə onlara əl qaldırmadı. Mən qədir müəllimin yanında böyüdüm, həyatı tanıdım. Nə qədər söz-söhbətimiz olsa da bir dəfə də olsun onun üzünə qayıtmadım. 36 il evli olduq, heç vaxt atam evinə küsüb getmədim. Ailəsini çox istəyirdi, bir dəfə də olsun bu evə əli boş gəlmədi. Əsil kişi kimi ailəsinin qayğısına qaldı.  Rəhmətə gedəndə 4 maşını var idi. Hamısını öz əziyyəti hesabına almışdı. 

-Eşitdiyimə görə, hətta dövlət rəsmiləri də onu çox sevirmiş...

-Nazirlər onu məclisə çağırırdılar, deyirdilər, elə bir ağız oxu. İnanmarsınız ki, o evə qayıdanda cibi dolu gəlirdi. Toylara getməsə də, sənəti bizi dolandırırdı. Varlı adamlar olurdu  ki, deyirdi, heç oxuma, elə gəl, bizim toyda otur, qoy, səni görsünlər. Kəmaləddin Heydər onu çox sevirdi. Yoldaşım rəhmətə gedəndə bizi çağırdı, dedi, nə lazımdı. Oğlanlarımın işə düzəlməyinə kömək oldu.

Qədir müəllim maraqlı insan idi və maraqlı hobbiləri var idi.  Çayların içindən rəngbərəng daşlar yığırdı. Hətta o daşın birindən üzüyünə qaş düzəltdirmişdi.  O daşlardan bəzilərini Heydər Əliyev Fondunda muzeyə qoymuşuq. Balıq tutmağı da çox sevirdi, təbiətə  bağlı idi.

-Qədir müəllimin adını daşıyan nəvəsi varmı?

-Böyük oğlum Rüstəmin oğlunun adını Qədir qoymuşuq. Sağlığında bu uşağı görmədi.  Qızımın uşaqlarını görmüşdü. Nəvə sevən baba idi. Ülkər nəvəmi hamıdan çox istəyirdi, deyirdi, “göydən düşmüş ulduzdur. Bir kilo bala malakandan almışam”.
Övladlarımdan Rüstəm xaraktercə atasına çox bənzəyir, dediyini edəcək. Qədir qızımızı çox sevirdi, üzərində əsirdi. Hətta toy günü Sevili çırağın başına fırlamadı. Dedi, ürəyim gəlmir, qoy dayısı gəlsin. Restoranda vağzalı çalınanda Qədir ağlayırdı.

Mənə deyirdi ki, mən pulu qazanıram, sən də uşaqların dərsi, tərbiyəsi ilə məşğul ol. Bir dəfə deməzdi ki, pulu hara xərclədin.

-Oğlanları indi nə işlə məşğuldurlar?

- Oğlumun biri məmurdur, digəri isə özəl şirkətdə işləyir. Qızım tərcüməçidir, amma işləmir. Vətən müharibəsində oğlanlarım könüllü orduya yazılmışdılar, lakin aparmadılar. Onlar döyüşçülərə böyük yardımlar göndərdilər. İndi də şəhid ailələrini unutmuruq, yardımlar edirik.     

-Ağdama gedəndə evinizin yerini tapa bildinizmi?

- 8 otaqlı evimizin heç bir daşı da qalmamışdı. Maraqlı isə o idi ki, uşaqlarımın ayaqqabılarının tayı tapıldı.  Raket atanda dəmir parçası evimizin yanına düşüb. Taykeş ayaqqabılar onun altında qalıbmış. Evimizin zirzəmisinə Qədir müəllim antikvar əşyalar: 1800-cü ildən olan mis qablar,  tərkibində qızıl olan 8 samovar, məcməyilər, sərpuşlar yığmışdı. Onların indi heç tozu da qalmayıb. Yoldaşım antik əşyaları çox sevirdi.

-Tələbələri var idimi?

-  3 qız tələbəsi var idi, Ağdam işğal olunandan sonra onlarla əlaqə kəsildi. Amma qiyabi tələbələri, davamçıları çox idi.

Yeri gəlmişkən, onun oxuduğu “Sən getdin” mahnısından danışmaq istərdim. Sözləri Bəxtiyar Vahabzadənindir. Hətta həmin mahnıdan bir hissəni ulu öndər Heydər Əliyevin qarşısında oxumuşdu. Tam versiya isə dövlət televiziyasının qızıl fondunda saxlanılır, 80-ci illərdə oxuyub. Müğənni Gülüstan Əliyev isə efirdə deyir ki,  tam versiyanı ilk dəfə o oxuyub.  Yəqin, Qədirin ifasından xəbərsizdir.    

“Gərək günəş dağları aşıb sönməyəydi” mahnısını Qədir hələ o illərdə ifa etmişdi. Həmin mahnını Mələkxanım Əyyubova, Aybəniz Haşımovanın tələbəsi də oxuyub. Hamısı da deyir ki, ilk ifa onlara məxsusdur. Axı sizdən öncə Qədir müəllim oxuyub, araşdırın, onun adını çəkin.  

“Sona bülbüllər” mahnısını 25 yaşında rəhmətə gedən qardaşı Sabirə həsr etmişdi. Ürəyi yanırdı, onun ölümü ilə barışa bilmirdi. Onun xatirinə yanıqlı oxuyurdu. Deyirdilər, guya həmin mahınını 3 aya oxuyub. Yalan söhbətdir, sağlığında bunu eşidəndə çox əsəbiləşirdi. O mahnını Əhsən Dadaşovun təkidi ilə 3 saata yazdırmışdı.     

Mən Qədirin ifasında “Nə üçün gəlməz” mahnısını xüsusi sevirdim. Hər səhər onun mahnılarını dinləyirəm. Onun ifasını eşidəndə elə bilirəm ki, sağdır, bu evdə yaşayır. Ona ölümü yaraşdırmıram. Onun ov maşını var idi. Həmişə saxladığı yerdə indi kimsə maşın saxlayıb düşəndə elə bilirəm ki, Qədirdir. Sağlığında deyirdi, 100 il yaşayacaq. İndi onun maşınlarının nömrələrini oğlanlarım öz avtomobillərində istifadə edir. 

-Səhv etmirəmsə, həmin maşınlardan birini ulu öndər Heydər Əliyev bağışlamışdı. Yaxın münasibətləri var idi. 

-Bəli. Ulu öndər Moskvadan Naxçıvana gələndə Qədir onun görüşünə getmişdi. Heydər Əliyev yoldaşımın mahnılarını dinləyirdi, bu barədə özü demişdi. Qədirin 60 yaşı tamam olanda onu təltif etdi. Heydər Əliyev sənətkarları qiymətləndirirdi, onlara ev, maşın verirdi. Qədir də Ulu öndəri çox sevirdi.

-Qədir Rüstəmov yazıçı Anardan niyə incimişdi?

-Yazıçı Anar “Uzun ömrün akkordları” filmini çəkirdi. Qədir həmin filmdə Cabbar Qaryağdı obrazında idi. Onun fiziki görnüşü və səs tonu Cabbar Qaryağdıya bənzəyirdi. Buna görə də də Anar Qədirin həmin obrazı canlandırmasını israrla istəyirdi. Yoldaşım isə kaprizli adam idi, filmdə çəkilməyə o qədər də marağı yox idi. Çəkiliş üçün onu evdə tapa bilmirdilər. Çəkiləndə isə qirim etməyə icazə vermirdi, deyirdi, belə şeylərdən xoşu gəlmir. Anar çətinliklə onu filmə çəkdi. Jurnalistlər sonradan bununla bağlı yazıçıya sual veriblər. Deyiblər, necə oldu ki, Qədir müəllimi tuta bildiniz, axı o razılıq vermirdi. Yazıçı Anarın cavabı belə olub: “Baxır ovçusuna”.  Bu, Qədirin xətrinə dəymişdi, deyirdi, “bəyəm mən ovam”. Tez inciyən adam idi. 

Kaman ifaçısı Habil Əliyevlə birgə toylara gedirdilər. Yaxşı münasibətləri var idi.  Bir dəfə Habil müəllim müsahibəsində deyib ki,  “Alim Qasımovla Qədir at kimi kişnəyirlər”. Bu da yoldaşımın xətrinə dəymişdi.  O da Habilə cavabında :” Sən də qoca vaxtında cücələrim mahnısını çalırsan”,-deyə cavab vermişdi.  Aralarında zarafatlı atmacalar olurdu, amma bir-birlərini sevirdilər. Alim Qasımovla da çox yaxşı əlaqələri var idi. Hətta Qədir Türkiyədə xəstəxanada müalicə olunanda Alim Qasımov Bakıdan onun yanına gəlmişdi. Onlar bir-birlərinin övladlarının toyunda oxumuşdular. Çox mehriban idilər.

Lakin Qədiri sevməyənlər də var idi.  70-ci illərin axırı, 80-ci illərin əvvəli dövlət televiziyasında efirə çıxmaq çox çətin idi. Bunun üçün aylar öncədən yazılmalı idin. Zülümlə efirə çıxa bilirdi, 4-5 mahnı oxuyurdu. Həmin mahnılar bir dəfə televiziyada səslənirdi, sonra yoxa çıxırdı. Onların hamısını xanəndə Əlibaba Məmmədov sildirirdi.

Əlibaba müəllimin senzura tətbiq edilməsi ilə bağlı səlahiyyətləri var idi. Xoşuna gələn adamı saxlayırdı, gəlməyəni sildirirdi.  Nəticədə Qədirin səs yazılarını dəfələrlə sildirdi.  Bunu Qədir müəllimə demişdilər. Hətta yoldaşımın yasına da gəlmədi, onu sevmirdi.  Muğam müsabiqəsində Mustafa Mustafayev Qədir müəllim kimi oxuyurdu deyə onu da sevmirdi. Qədirin əməyini yerə vuran çox olub.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri