Icma.az
close
up
RU
“Qədirxum”a istirahətə gedən ailənin faciəsi... Təfərrüat

“Qədirxum”a istirahətə gedən ailənin faciəsi... Təfərrüat

Icma.az, Axar.az saytına istinadən bildirir.

Hacıqabul rayonunda bir ailənin iki üzvünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Vilayət Qəhrəmanovun məhkəməsi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonunun ərazisindən keçən 113-cü kilometrliyində baş verib.

V.Qəhrəmanov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Mersedes Benz C230” və “Citroen C5” markalı avtomobillərlə toqquşub.

Qəza zamanı V. Qəhrəmanovun özü də daxil olmaqla ailə üzvləri - 7 yaşlı qızı Günel, həyat yoldaşı 29 yaşlı Aminə və 9 yaşlı qardaşı oğlu Yusif yaralanıb.

Bundan başqa, digər avtomobillərdə olan sürücülər və sərnişin 9 yaşlı Elvin Sarıyev də müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb.

Hadisə nəticəsində sürücünün həyat yoldaşı Aminə Qəhrəmanova və qızı Günel, həmçinin qardaşı oğlu Yusif vəfat ediblər.

İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində sürücü V.Qəhrəmanov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hazırda himayəsində bir azyaşlı uşağı var: “Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində arvadım Aminə və qızım Günel vəfat ediblər. Ailədə bir azyaşlı uşağım ilə özüm qalmışam. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəm var. Atama məxsus olan avtomobili idarə etmişəm”.

Müttəhimin sözlərinə görə, yanvarın 2-də yaşadığı Sabirabad rayonundan Hacıqabul rayonuna getmək üçün yola çıxıb:

“Avtomobilimdə arvadım Aminə, qızım Günel və qardaşım oğlu Yusif olub. Avtomobili Bakı-Qazax avtomobili yolu ilə saatda təxminən 90-100 kilometr sürətlə idarə etmişəm. Xeyli yol getdikdən sonra Hacıqabul rayonu ərazisində, yolun kənarında yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısına çatan zaman avtomobili sağ zolaqla idarə etdim. Qarşıdakı geriyə dönmə yerinə daxil oldum və yolun Qazax rayonu istiqamətinə olan hissəsinə keçəcəyim üçün sola istiqamətləndim. Soldan birinci zolağa keçdim və hərəkəti davam etdirdim. Bir az getdikdən sonra avtomobilin sürətini azaltdım. Təxminən 25-30 kilometr sürətlə geriyə dönmə yerinə daxil oldum. Qazax rayonu istiqamətində hərəkətdə olan avtomobillərin uzaqda olduğunu gördüm və dayanmadan yolu keçmək istədim. Yolu düzünə keçməyə davam etdim və birinci zolağı keçdim. İkinci zolağa daxil olanda düzünə hərəkətdə olan “Mercedes” markalı avtomobil gələrək mənə çatdı və qabaq hissəsi ilə avtomobilimin sağ yan hissəsindən vurdu. Toqquşmadan sonra özümdən getdim və ayılanda xəstəxanada olduğumu gördüm. Bundan sonra məlum oldu ki, baş vermiş yol qəzası nəticəsində arvadım Aminə, qızım Günel və qardaşım oğlu Yusif aldığı xəsarətlərdən vəfat ediblər. Diqqətsizliyim nəticəsində bu hadisənin baş verməsinə görə özümü təqsirli bilirəm”.

Qeyd edək ki, V.Qəhrəmanov və ailə üzvləri “Qədirxum” istirahət mərkəzinə istirahət etməyə gedirmişlər.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.

Həmçinin onun 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunması qərara alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri