Icma.az
close
up
RU
Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə il öncə Əhməd Rəcəblidə yerləşən "Sahra Baku” adlı gecə klubunu işlədən Elçin Allahverdiyev mətbuatın yaddaşında qanunlara "kəllə atan” sahibkar kimi qalmışdı. Görünür, illər keçsə də, sahibkarın "fəaliyyət prinsipi” dəyişməyib.

 Bu haqda məlumatı "İnfo24.az” özünün Instagram səhifəsində paylaşıb. Məlumatda qeyd edilir ki.saytın əldə etdiyi məlumata görə, Elçin Allahverdiyev bu dəfə "ailəvi restoran” adı altında eyni qanunsuzluqlara "Qədirxum” restoranında davam edir. Məlumata əsasən, restoran daxilində müştərilərə rəsmi fiskal çek təqdim edilmədən, nağd şəkildə "Cartu cart” ödənişləri qəbul olunur. Bu isə açıq şəkildə vergi öhdəliklərindən yayınma, yəni dövlət büdcəsinə zərər vurma halıdır.

SİTAT; "Məkanın xidmətindən narazı qalan bir çox vətəndaşlar da bildirir ki, "Qədirxum” restoranında servis səviyyəsi sıfıra bərabərdir – yeməklərin keyfiyyəti aşağı, personalın davranışı isə kobuddur. Müştərilərin sözlərinə görə, "bir dəfə gedən, bir də getmək istəmir”. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, bu kimi hallar ciddi hüquqi məsuliyyət yaradır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, vergi ödəyicisi gəlir və dövriyyələr barədə düzgün məlumat təqdim etməyə borcludur. Rəsmi çek verməmək bu öhdəliyin pozulması deməkdir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, gəlirlərin gizlədilməsi və ya vergi məbləğinin azaldılması məqsədilə sənədlərin saxtalaşdırılması və ya təqdim edilməməsi hallarında sahibkar 5000 manatdan 10.000 manata qədər cərimə oluna bilər. Əgər bu əməl sistematik xarakter daşıyırsa, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, sahibkar 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”. Sayt yazır ki, vergidən yayınmaq təkcə dövlətin büdcəsinə zərər vurmaq deyil — bu, həm də ədalətli sahibkarlıq mühitinə zərbə vurmaq, dürüst fəaliyyət göstərən digər restoranlara qarşı haqsız rəqabət yaratmaq deməkdir: "Görünür, Elçin Allahverdiyev üçün "gecə klubundan ailəvi restorana” uzanan yol yalnız ad dəyişikliyindən ibarət olub. Lakin cəmiyyət və müvafiq qurumlar bu kimi hallarda "ad”a yox, əmələ baxmalıdır. Ümid edirik ki, Vergilər Xidməti və aidiyyəti dövlət qurumları "Qədirxum” restoranında baş verən bu halları araşdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri