Qəfil dayanıb sərnişin mindirən sürücü az qala zəncirvari qəza törədəcəkdi VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Göygöl rayonunda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 19-da saat 17:31 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 99-SM-375 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zaman qəfil dayanaraq sərnişin mindirib. Nəticədə o, arxadan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən sürücülər ara məsafəsi saxladıqları üçün təhlükəni dəf edə biliblər. Kadrda sol zolaqda hərəkətdə olan “Toyota” sürücüsünün də vaxtında dayanaraq qəzanın qarşısını aldığı aydın görünür.
Qeyd edək ki, hərəkət zolağında qəfil dayanmaq, xüsusilə də sərnişin mindirmək və ya düşürmək üçün nəqliyyat vasitəsini saxlayıb manevr etmək qadağandır. Bu cür dayanma yalnız xüsusi ayrılmış “dayanacaq” və “sərnişin düşürmə-minmə” yerlərində mümkündür. Sürücülər ara məsafəsinə və ətraf nəqliyyata diqqət etməli, qəfil manevrlərlə həm özlərini, həm də başqalarını riskə atmamalıdırlar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















