Qəfil yola çıxan “VAZ” təhlükə yaratdı Sürücü möhtəşəm manevrlə xilas oldu REAL VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Astara rayonunda qayda pozan sürücü təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 12-də saat 06:25 radələrində baş verib. Videodan da göründüyü kimi, “VAZ” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, üstünlüyə malik olan “Mercedes” markalı maşının qarşısına qəfil çıxaraq qəza riskinə səbəb olub. Bu vaxt “Mercedes” sürücüsü peşəkarcasına davranıb və dərhal sol zolağa manevr edərək qəzanın qarşısını alıb.
Xatırladaq ki, Yol Hərəkəti Haqqında Qanuna əsasən, üstünlük hüququna malik nəqliyyat vasitəsinin qarşısına çıxmaq qadağandır. Yəni sürücü hərəkət istiqamətində “Yol ver”, “Dayan” və ya digər nişanlara, həmçinin üfüqi işarələrə əməl etməli, üstünlük hüququ olan avtomobili buraxmalıdır.
Döngə və kəsişmələrdə, əgər nişan və ya işıqfor yoxdursa, sürücü həmişə sağ tərəfdən gələn nəqliyyat vasitəsinə yol verməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















