Icma.az
close
up
RU
Qəflətən ölən şəxsin mirası kimə qalır? AÇIQLAMA

Qəflətən ölən şəxsin mirası kimə qalır? AÇIQLAMA

Icma.az, News24 saytına istinadən bildirir.

Hər bir şəxsin ölümündən sonra onun əmlakı, borcları və digər maliyyə məsələləri mirasçıları arasında bölünür. Bu, hüquqi bir prosesdir və mirasın kimə və necə keçəcəyini müəyyən edən qaydalar mövcuddur. İnsanlar adətən mirası sağlığında bölür. Bəs qəfl ölən şəxslərin mirası necə bölünür?

News24,az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Esmira Rzayeva açıqlama verib.

Onun sözlərinə görə, əgər vəfat edən şəxsin rəsmi qaydada tanınan və ya müəyyən edilmiş vərəsəsi varsa, onun bütün əmlakı vərəsələr arasında bərabər bölünür. Lakin, vərəsəsi yoxdursa, həmin şəxsin əmlakı dövlətə keçə bilər.

"Söhbət vəfat edən şəxsin həyat yoldaşı ilə birlikdə nikah dövründə aldıqları əmlakdan söhbət gedirsə, həmin əmlakın 50 faizi həyat yoldaşına, 50 faizi isə vəfat edən şəxsin digər vərəsələrinə aid olur. Vərəsələr arasında yalnız kişinin (babanın) hissəsi nəzərə alınır. Əgər baba və nənə hər ikisi vəfat edərsə, irsi transmissiya qaydası ilə mülkiyyətə aid olan maddəyə əsasən, onların əmlakı əvvəlcə övladları arasında, sonra isə nəvələri arasında bölünür. Əgər bir şəxs vərəsəlikdən imtina edərsə, həmin şəxs vərəsə sayılmır. Çünki vərəsəlikdən imtina etməklə, həmin şəxs yalnız əmlakı deyil, həm də borcları qəbul edə bilər. Baba və nənə əmlakı birgə nikahda aldıqları halda, baba vəfat etdikdən sonra nənə həmin əmlakın 50 faizinin qanuni mülkiyyətçisi sayılır. Qalan 50 faiz isə vərəsələr arasında bərabər şəkildə bölünür".

Vərəsəlik necə qəbul edilir?

Hüquqşünas bildirib ki, şəxsin vərəsələrindən biri və ya hamısı notarius vasitəsilə vərəsəlik açır.

"Vərəsələr tanındıqdan sonra əmlakın bölünməsi prosesi başlanır. Əgər vərəsələr arasında narazılıq yaranarsa, onlar məhkəməyə müraciət edə bilərlər. Bu proseslər mirasın düzgün bölünməsi və hər hansı mübahisələrin qarşısının alınması üçün hüquqi prosedurların izlənməsini tələb edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri