Icma.az
close
up
RU
Qəflətən ölən şəxsin mirası kimə qalır? HÜQUQŞÜNAS

Qəflətən ölən şəxsin mirası kimə qalır? HÜQUQŞÜNAS

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Hər bir şəxsin ölümündən sonra onun əmlakı, borcları və digər maliyyə məsələləri mirasçıları arasında bölünür. Bu, hüquqi bir prosesdir və mirasın kimə və necə keçəcəyini müəyyən edən qaydalar mövcuddur. İnsanlar adətən mirası sağlığında bölür. Bəs qəfl ölən şəxslərin mirası necə bölünür?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a hüquqşünas Esmira Rzayeva açıqlama verib.

Onun sözlərinə görə, əgər vəfat edən şəxsin rəsmi qaydada tanınan və ya müəyyən edilmiş vərəsəsi varsa, onun bütün əmlakı vərəsələr arasında bərabər bölünür. Lakin, vərəsəsi yoxdursa, həmin şəxsin əmlakı dövlətə keçə bilər.

“Söhbət vəfat edən şəxsin həyat yoldaşı ilə birlikdə nikah dövründə aldıqları əmlakdan söhbət gedirsə, həmin əmlakın 50 faizi həyat yoldaşına, 50 faizi isə vəfat edən şəxsin digər vərəsələrinə aid olur. Vərəsələr arasında yalnız kişinin (babanın) hissəsi nəzərə alınır. Əgər baba və nənə hər ikisi vəfat edərsə, irsi transmissiya qaydası ilə mülkiyyətə aid olan maddəyə əsasən, onların əmlakı əvvəlcə övladları arasında, sonra isə nəvələri arasında bölünür. Əgər bir şəxs vərəsəlikdən imtina edərsə, həmin şəxs vərəsə sayılmır. Çünki vərəsəlikdən imtina etməklə, həmin şəxs yalnız əmlakı deyil, həm də borcları qəbul edə bilər. Baba və nənə əmlakı birgə nikahda aldıqları halda, baba vəfat etdikdən sonra nənə həmin əmlakın 50 faizinin qanuni mülkiyyətçisi sayılır. Qalan 50 faiz isə vərəsələr arasında bərabər şəkildə bölünür”.

Vərəsəlik necə qəbul edilir?

Hüquqşünas bildirib ki, şəxsin vərəsələrindən biri və ya hamısı notarius vasitəsilə vərəsəlik açır.

“Vərəsələr tanındıqdan sonra əmlakın bölünməsi prosesi başlanır. Əgər vərəsələr arasında narazılıq yaranarsa, onlar məhkəməyə müraciət edə bilərlər. Bu proseslər mirasın düzgün bölünməsi və hər hansı mübahisələrin qarşısının alınması üçün hüquqi prosedurların izlənməsini tələb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri