Icma.az
close
up
RU
Qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit (FOTO)

Qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit (FOTO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsi Azərbaycanın tarixinin ən faciəli və qəhrəmanlıqla dolu mərhələlərdən biri olub. Müstəqilliyimizin ilk illərinə, dövlətçiliyimizin, hərbi-siyasi, iqtisadi gücümüzün zəif dövrünə təsadüf edən bu müharibə xalqımızın ürəyində mübarizə ruhunu oyadıb. 1991-1994-cü illəri əhatə edən qanlı-qadalı günlərdə hərbçilərimiz öz sağlamlıqlarını, həyatlarını Vətənin gələcəyi uğrunda qurban verib, ən ağır şərtlər altında ölkənin ərazi bütövlüyünü qorumağa çalışıblar. 


Adı hər zaman igidlik simvolu kimi anılır

Bu çətin dövrdə hərbçilərimizlə yanaşı, bir çox mülki vətəndaşlar könüllü olaraq Vətəni müdafiə etmək üçün ayağa qalxıb, silaha sarılıb, görünməmiş qəhrəmanlıq göstəriblər. Belə mərd insanlardan biri də Şükürov Elçin Siyavuş oğludur. Adı hər zaman igidlik, fədakarlıq simvolu kimi anılan Elçin Şükürov 6 sentyabr 1962-ci ildə Bakıda anadan olub. Qəhrəmanımızın yaxınları onu sakit, yaxşı və mənəvi cəhətdən düzgün bir insan olaraq xatırlayırlar. 

Uşaqlıqdan təhsilə, idmana və xarici dilləri öyrənməyə maraq göstərən Elçin 1979-cu ildə 159 saylı orta məktəbi bitirdikdən sonra dənizçi peşəsinə böyük maraq göstərib. Lakin valideynlərinin məsləhətini dinləyib, coğrafiya fakültəsində ali təhsil almaq üçün sənədlərini Bakı Dövlət Universitetinə verib. 

Xocalı soyqırımı həyatını köklü şəkildə dəyişdi

1984-cü ildə ali təhsilini başa vuran Elçin Şükürov əvvəlcə geodeziyaçı işləyib, sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi işçisi olub. O, elmi sahədə daha böyük uğurlara imza atmağı hədəfləyib. Lakin 1992-ci ilin fevralında ermənilərin Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı onun həyatını köklü şəkildə dəyişib. Yaşadığı acı onun ruhuna dərindən təsir edib, sarsıdıb. Xocalı soyqırımı yalnız itkini simvollaşdırmayıb, həm də Elçinin içində Vətənini qorumaq üçün sönməz bir arzu yaradıb. Bu daxili çağırışa cavab olaraq, o, elmi sahədə fəaliyyətini sonlandırıb, könüllü olaraq Milli Ordu sıralarına qoşulub, Vətənin müdafiəsinə qalxıb.


Ən çətin döyüşlərdə iştirak edir

Qeyd edək ki, 1992-ci ilin martında 772 saylı yeni briqada yaradılıb. Hərbçilər arasında "İnterbriqada” adlanan bu birlikdə Azərbaycanın müxtəlif millətlərinin nümayəndələri təmsil olunub. Bu briqada Azərbaycan xalqının birliyini və həmrəyliyini nümayiş etdirib, hər kəsin ümumi təhlükə qarşısında birləşdiyi bir dövrün təcəssümü olub. Briqada Bakı yaxınlığında intensiv hərbi təlimlər keçdikdən sonra Qarabağa göndərilib və ən çətin döyüşlərdə iştirak edib. Bu briqadanın şəxsi heyətinin üzvü olan baş leytenant Elçin Şükürov da Qarabağın qaynar nöqtələrində düşmənə qarşı vuruşub. O, hərbi əməliyyatlarda özünü yalnız cəsur bir zabit kimi deyil, həm də ən çətin döyüş tapşırıqlarını yerinə yetirə bilən peşəkar hərbçi kimi göstərib. Elçin Şükürovun döyüş yoldaşları onu cəsur, qorxmaz, təvazökar, öz uğurlarına və nailiyyətlərinə nümayişkaranə şəkildə sevinməyən, qəhrəmanlıqları ilə öyünməyən biri kimi xatırlayırlar.

Təkbaşına 28 erməni hərbçisini məhv edib

Elçin Şükürovun iştirak etdiyi ən mühüm hərbi əməliyyatlar Ağdərənin müdafiəsi uğrunda döyüşlər olub. Son damla qanına kimi Vətən torpağını qoruyan Elçin Şükürov 1992-ci il iyulun 4-də şəhər erməni işğalçılarından azad edilərkən düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. O, öz ölümü bahasına döyüş yoldaşlarının təhlükəsizliyini təmin etməyi bacarıb.

Yaşadığı şərəfli ömür yolu, iştirak etdiyi döyüşlərlə Elçin Şükürov yalnız Vətən borcunu yerinə yetirməyib, həm də həqiqi vətənpərvərliyin nümunəsi olub. Vətəni qorumaq onun üçün yalnız vəzifə deyil, müqəddəs bir missiya olub. Təkcə son döyüşdə təkbaşına 28 erməni hərbçisini məhv edib. Bununla bir daha sübut edib ki, ruhun gücü və Vətən sevgisi hər bir çətinliyi dəf etməyə qadirdir.

Elçin Şükürov Bakıda müqəddəs ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn olunub. Vətəni uğrunda həyatını qurban verən qəhrəmanların əbədi istirahət yeri olan bu xiyanan indi xalqın öz oğul və qızlarını ehtiramla yad etdiyi məkana çevrilib.


Xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq

Azərbaycanı canından artıq sevən, vətənini müdafiə etmək üçün həyatını fəda edən Elçin Şükürov onu hörmətlə yad edənlərin, o cümlədən ailəsinin həyatında əsl qəhrəman kimi silinməz izlər qoyub. Nə qədər ki, müstəqil Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var, Elçin Şükürov kimi qəhrəmanların xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq. 

Sevindirici haldır ki, qəhrəmanlığı ilə əbədiyyət qazanan zabit Elçin Şükürovun oğlu Vahid Şükürov da atasının qoyub getdiyi Vətən əmanətinə sahib çıxır, öz ölkəsinə və dövlətinə şərəflə xidmət edir. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sektor müdiri vəzifəsində çalışan Vahid Şükürov Azərbaycanın turizm potensialını, maddi-mədəni irsini beynəlxalq aləmdə tanıdır. O, əzmlə çalışır, əcnəbi dillərdə yazdığı məqalələrlə və ərsəyə gətirdiyi sənədli filmlərlə Vətəninin zəngin tarixini, nailiyyətlərini dünyaya çatdırır. Bununla da ataların canı-qanı bahasına göz bəbəyi kimi qoruduğu Vətəni övladlar daha da inkişaf etdirir, qurur, yaradır və əbədi yaşadır.

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyul 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see225

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri