Icma.az
close
up
RU
Əbədiyyət ömürlü Bəhruz FOTO

Əbədiyyət ömürlü Bəhruz FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əzəl gündən işğalçı erməni dığalarla barışmaz mövqeyi 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində dünyaya göz açan Bəhruz Səttar oğlu Əhmədovun Vətənə sonsuz sədaqətindən, doğma torpağa məhəbbətindən irəli gəlirdi. Odur ki, 44 günlük haqq savaşımız başlanan kimi Bəhruz könüllü olaraq, 30 il düşmənə əsir düşən Qarabağımızın azadlığı uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə döyüş meydanına atılıb. Qeyrət, namus rəmzi bildiyi Azərbaycanın müqəddəsliyinə tapınaraq son nəfəsinə qədər yağıya qan qusdurub. Özü şəhid olsa da, adı əbədi olaraq xalqın yaddaşına qəhrəmanlığın, Vətən sevgisinin simvolu kimi yazılıb.
Vətən sevgisi ilə boya-başa çatan Bəhruz Əhmədov orta məktəbi bitirib Sabirabad rayon Peşə Liseyində oxuyub. Xalqın sevincini, ağrı-acısını, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran gənc 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, Tovuzda Vətənin keşiyində durub. Yüksək peşə hazırlığı, mərdliyi, dosta sədaqəti, verilən tapşırıqları düzgün, vaxtında yerinə yetirməsi onu əsgər və zabitlərin sevimlisi edib . Çox keçmir ki, hərbi xidmət onun üçün həyat və kişilik məktəbinə çevrilib. Uşaqlıqdan idmana olan həvəsi Bəhruzu daha mətin, qürurlu göstərib. Qatıldığı təlimlər zamanı ən ağır sınaqlardan uğurla çıxmaqda həm də, idmana göstərdiyi maraq onun köməyinə gəlib. Mükəmməl idmançı olaraq dəfələrlə rastına çıxan dığalara öz yerini göstərə bilib. Məqamı gələndə döyüş meydanında yağıya qalib gəlmək məqsədilə böyük səylə hərbi biliklərə yiyələnib, silahların sirlərini öyrənib.
Əsgəri xidməti üzüağ başa vuran Bəhruz 2017-ci ildə evə qayıdıb və idmanlı günlərini davam edib. Vətənini düşünməklə, düşməndən alacağı qisas gününü gözləyib. İdmanda öz üzərində ciddi çalışmaqla sevindirici uğurlar qazanıb. Müxtəlif çəki dərəcələri üzrə Respublika çempionatlarında iştirak edib, diplomlara layiq görülüb. Qaydasız döyüş növü üzrə yaxşı idmançı kimi tanınıb. Eləcə idmana həvəsi olan uşaqlara bu qədim döyüş növünün sirlərini öyrədib. Bəhruz 2019-cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika çempionatında birinci yeri tutmaqla “qara kəmər” ustası adını alıb. Hər nə edibsə, qoynunda göz açdığı torpağı qürurla dünyaya göstərmək naminə olub.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Bəhruz döyüşə yollanıb. O, ilik dəfə Füzuli istiqamətində düşmənə zərbə vurub. Nəticədə dığalar ağır itki verərək, geri çəkilib. Daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşmən çətin vəziyyətə düşüb, silah-sursatını və digər hərbi vasitələrini atıb, geri çəkilməyə məcbur olub. Həmçinin Bəhruz neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb.
Oktyabrın 19-u qəhrəman Vətən sevdalısı növbəti və son şücaətini göstərib. Yaralı döyüş yoldaşının silahını götürərək təkbaşına ölüm-dirim savaşına girib. Və düşmənin xeyli qüvvəsini məhv edib. Bu vaxt özü də snayper gülləsinə tuş gəlib. Doğulduğu Balakənd kəndində canından artıq sevdiyi torpağın sinəsinə baş qoyan Bəhruz Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medalları ilə təltif olunub.
Bəli, Bəhruz canını Vətənə qurban verdiyi üçün ürəklərdə yaşamaqla ömür yolu qərinələrə bərabərdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri