Icma.az
close
up
RU
Qəhrəmanlıq dastanı ŞƏRH

Qəhrəmanlıq dastanı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

23 iyul Kənan Şahbazovun doğum günüdür
44 günlük İkinci Qarabağ müharibəsində canından keçərək xalqımıza Zəfər sevincini yaşadan minlərlə qəhrəmandan biri də Kənan Natiq oğlu Şahbazovdur. İgidliyi, mərdliyi dillərdə dastan olan Kənan Şahbazov 23 iyul 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseyn kəndində anada olub. 18 yaşında şəhidliyi ilə şanlı tarix yazan Masallı elinin qəhrəman övladı bütöv Azərbaycan xalqının and yerinə döndü.
Vətənə, doğma torpağına məhəbbət ruhunda boya-başa çatan Kənan orta məktəbi bitirib 2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində Açıq Federal Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olur. Tələbə biletini alanı nümunəvi davranışı, savadı, əsl azərbaycanlıya məxsus milli-mənəvi dəyərləri yalnız ona hörmət gətirir. Eyni zamanda, yaxşı idmançı kimi də tanınır, sevilir. İştirak etdiyi çempionatlarda qazandığı qələbələrlə yadda qalır. Amma Qarabağın işğalına qarşı barışmaz mövqeyi, hiddəti bir qayda olaraq Kənanı doğma Vətənə çəkir. Amalı da Vətən torpaqları naminə əlinə silah alıb döyüş meydanında düşmənlə üz-üzə gəlib onu əzmək olur. 2020-ci ildə təhsilini qiyabi davam etməklə, hətta hər an yolunda canını verməyə hazır olan, müqəddəsliyinə tapındığı Azərbaycana qayıdır. Və cəbhə bölgəsində həqiqi hərbi xidmətə başlayır.
Kənan əsgəri borcunu vicdanla, ləyaqətlə yerinə yetirir. Vətəni canından əziz tutmaqla onu göz-bəbəyi tək qoruyur. 27 sentyabr İkinci Qarabağ müharibəsi başlandığı gündən yağıdan qisas almaq üçün özünü odun-alovun içinə atır. Vuruşduğu yerlərdə ölümə meydan oxumaqla mənfur erməni dığaların kabusuna çevrilir. Neçə-neçə ağır döyüşlərin qalibi olur igid Kənan. Hər dəfə düşmən tapdağında çıxan Vətən torpaqlarında qələbə bayrağımız dalğalananda dığaların ilan başını əzmək üçün qollarına yeni güc gəlir. Kəlbəcər rayonun Koroğlu dağı istiqamətində Kənan ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq örnəyi göstərir. 2020-ci ilin 28 oktyabrı onun cavan ömrünə son qoyur. Ağır müharibə meydanında son nəfəsədək düşmənə qarşı vuruşaraq qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə ucalır. Qısa ömür yaşasa da, yazdığı tarixlə əbədiyaşarlıq qazanır. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda medalları müqəddəs şəhid adına daha bir şərəf qatır.
Bəli, şəhid qanı axmayan torpaq Vətən olmaz. Məhz Kənan Şahbazov bu müqəddəs yolda öz canından keçdi. Onun adı həmişə Vətənlə bir çəkilər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri