Icma.az
close
up
RU
Qəhrəmanlıq dastanı yazan Mirxəyal

Qəhrəmanlıq dastanı yazan Mirxəyal

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

44 günlük haqq savaşımızda Vətən və millət yolunda son damla qanına qədər yağıya qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Mirxəyal Kərimzadədir.

Azərbaycanın yeni, şanlı tarixinə adını yazan Vətən sevdalısının 26 yaşı tamam oldu. Doğum günü münasibətilə uyuduğu müqəddəs torpaq ziyarət edildi, məzarının önünə gül dəstələri qoyuldu.

Mirxəyal Kərimzadə 1999-cu ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı və 7 saylı tam orta məktəblərində alıb. Erməni dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Vətənini göz-bəbəyi kimi qoruyub,  2018-ci ildə hərbi xidmətini ləyaqətlə başa vurub. Sonra bir müddət kompüter texnologiyaları mütəxəssisi kimi çalışmağa başlayıb.

Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə vuruşub. Xocavəndin Yuxarı Veysəlli kəndinin alınmasında xüsusi igidlik göstərərək düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda  canlı qüvvəsini  məhv edib.

3 noyabr səhər saatlarında Xocavənd uğrunda gedən ağır müharibədə o, yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərib. Zirehli üst geyimini çıxararaq, yaralı komandirinin üstünə atıb, ona ikinci həyat verib və yenidən özü döyüşə qatılıb. Bir neçə dəqiqə sonra düşmən tərəfindən açılan atəş Mirxəyalın qarın boşluğuna tuş gəlib, qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub .

M. Kərimzadə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri