Qəhvə içdiyiniz saata diqqət edin
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəhvə istehlakında miqdar qədər günün hansı saatında içilməsi və necə hazırlanması da önəmlidir.
Axşam.az xəbər verir ki, türkiyəli kardioloq və daxili xəstəliklər üzrə mütəxəssislər qəhvənin həddindən artıq qəbulunun ürəkdöyünmə, yuxu pozuntusu və qan təzyiqinin yüksəlməsi kimi problemlərə səbəb ola biləcəyini bildiriblər.
Mütəxəssislər kofein qəbulunun saat 15:00-16:00 radələrində dayandırılmasını tövsiyə ediblər. Bildirilib ki, kofeinin orqanizmdə yarımparçalanma müddəti təxminən 4-6 saatdır və günün ikinci yarısında qəbul edilməsi yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Gündəlik kofein miqdarı 400 milliqramı keçməməlidir. Həkim xüsusilə ürək xəstələrinə gündə bir fincan qəhvə içməyi tövsiyə edib.
Filtr qəhvəyə üstünlük verilməsi önəmlidir. Filtrsiz qəhvələr xolesterinin yüksəlməsinə, şəkər, qaymaq və digər əlavələr olan qəhvələr isə qan şəkərinin artmasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin anemiya və dəmir çatışmazlığı olan şəxslərin qəhvə və çay qəbuluna diqqət etməli olduğunu vurğulayıb. Kofein və çayda olan teofilinin mədə-bağırsaq sistemində dəmirin sorulmasını azalda biləcəyi qeyd edilib.
Mütəxəssislər şəkərsiz və qaymaqsız qəhvənin ölçülü şəkildə qəbulunu, gün ərzində isə kifayət qədər su içilməsini tövsiyə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Oktyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















