Qəhvənin gözlənilməz faydalarının adları açıqlanıb...
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qəhvə təkcə canlandırmır, həm də bağırsaqları iltihab və xərçəngdən qoruyur, cərrah Karan Racan əmindir.
SİA-nın məlumatına görə, o, İnstaqram səhifəsində içkinin gözlənilməz faydalarını qeyd edib.
Racan bildirib ki, qəhvənin tərkibində probiotik liflər və polifenollar var ki, onlar kolon hüceyrələrinə qoruyucu təsir göstərir və DNT-nin zədələnməsinin qarşısını alır.
Onun sözlərinə görə, gündə bir fincan kofe içmək kolorektal xərçəng riskini 15-20 faiz azaldır.
Həkim əlavə edib ki, digər qidaların da qoruyucu xüsusiyyəti var. Belə ki, o, lobya, eləcə də tərkibində yüksək lif olan tərəvəz, giləmeyvə və meyvələrin bağırsaq xərçəngi riskini 10 faiz azaltdığına diqqət çəkib.
Racan qeyd edib ki, qatıqların müntəzəm istehlakı xəstəlik ehtimalını səkkiz faiz azaldır.
Nazlı Almuradova
Baxış sayı:114
Bu xəbər 13 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















