Dietoloq qəhvənin gözlənilməz faydalarını AÇIQLADI
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəhvənin bir sıra gözlənilməz faydalı xüsusiyyətləri var. Bunu nutrisioloq və preventiv dietoloq Viktoriya Kostrova bildirib.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə xarici mediaya açıqlamasında danışıb.
Onun sözlərinə görə, qəhvənin təbii acılığı və tərkibindəki kofein öd kisəsinin yığılmasını stimullaşdırır, ödün axıcılığını yaxşılaşdırır və durğunluğunun qarşısını alır. Bu isə həzmi, yağda həll olunan vitaminlərin mənimsənilməsini və bağırsaqların təmizlənməsi prosesini yaxşılaşdırır.
Kostrova qeyd edib ki, qəhvənin tərkibində iltihab və oksidləşdirici stresslə mübarizəyə kömək edən polifenollar və xlorogen turşusu da var.
Mütəxəssis əlavə edib ki, bu içkinin qəbulu alkoqolsuz yağlı qaraciyər xəstəliyi və metabolik sindrom riskinin azalmasına da kömək edə bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 02 Sentyabr 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















