Qəhvənin qaraciyərə faydası nələrdir? Həkim açıqladı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Hepatit və ya qaraciyər piylənməsindən əziyyət çəkən insanlar gündə ən azı üç-dörd fincan qəhvə içməlidirlər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri namizədi Aleksandr Myasnikov “Vesti” informasiya agentliyinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qəhvə normada qəbul edildikdə sağlamlıq üçün faydalı ola bilər.
“Hamı gündə üç-dörd fincandan çox qəhvə içməməyi tövsiyə edir. Lakin hepatit və ya qaraciyər piylənməsi olan insan gündə ən azı üç-dörd fincan qəhvə içməlidir. Artıq çəkiniz varsa və qaraciyəriniz piylənibsə, sirroza keçidin qarşısını almaq üçün qəhvə sizin üçün olduqca vacibdir”, – deyə o qeyd edib.
Myasnikov qəhvənin kalsium və maqneziumun sorulmasını ləngitməsi ilə bağlı fikirlərin də yanlış olduğunu vurğulayıb:
"Dəmirə gəlincə, bu içki həqiqətən də onun sorulmasına mane ola bilər. Lakin bu, yalnız xəstə dəmiri aptek preparatları şəklində qəbul etdikdə baş verir. Qəhvə qidalardan alınan dəmirin sorulmasına təsir göstərmir.
Bununla belə, dəmir preparatları qəbul edənlərə həm preparatı qəbul edərkən, həm də ondan dərhal sonra qəhvə içməkdən çəkinmək tövsiyə olunur. Ən yaxşısı, səhər qəhvə içmək, bir saat sonra isə dəmir preparatını qəbul etməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Oktyabr 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















