Icma.az
close
up
RU
Qəhvəyi mərmər bağacığı ilə mübarizə üçün iclas keçirilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə üçün iclas keçirilib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir.

“Cebheinfo.az” xəbər verir ki, bu çərçivədə Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Balakən rayonunda növbəti regional görüş keçirilib.

Görüşdə regionda zərərvericiyə qarşı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, həmçinin Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayon icra hakimiyyətlərinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib. AXA-nın sədr müavini Cəfər Məhərrəmov regionda həyata keçirilən fitosanitar tədbirlər, monitorinqlərin nəticələri və qəhvəyi mərmər bağacığına qarşı mübarizənin yeni istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, cari ildə Balakən, Zaqatala, Qax və Xaçmaz rayonlarında zərərvericiyə qarşı bioloji mübarizə məqsədilə Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb.

Növbəti ildə bioloji mübarizə tədbirlərinin genişləndirilməsi məqsədilə AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında bu faydalı həşəratın yetişdirilməsi davam etdirilir. İclasda zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi və populyasiya dinamikasının izlənilməsi məqsədilə feromon tələlərlə aparılan monitorinqlərin əhəmiyyəti vurğulanıb. Zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin davam etdirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın daha da artırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, cari il ərzində AXA tərəfindən 51 rayonda ümumilikdə 17 668 feromon tələsi quraşdırılıb. Kütləvi aşkarlanma qeydə alınan 3 140 ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib, 20 mindən çox vətəndaşa isə zərərverici və ona qarşı mübarizə metodları barədə maarifləndirici məlumatlar verilərək müvafiq tövsiyələr verilib. Görüşün sonunda regionda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün aidiyyəti qurumların birgə fəaliyyətinin davam etdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Avqust 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri