Qələbə dairəsi ndəki xaos necə həll edilməlidir?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın "Qələbə dairəsi" kimi tanınan ərazisində yaşanan sıxlıq problemi haqqında məlumat verilib.
Qeyd edilib ki, Mətbuat prospektindən gələn nəqliyyat vasitələrinin sürücüləri "Yol ver" nişanının tələbinə riayət etmirlər. Onlar demək olar ki, yarımdairənin ortasında Həsən bəy Zərdabi küçəsindən gələn nəqliyyat vasitələrini gözləyirlər:
"Bu isə günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Kəsişməyə Mətbuat prospektindən daxil olanlar üçün "Yol ver" nişanı yanacaqdoldurma məntəqəsinin yanında qoyulub. Sürücülər isə həm Zərdabi, həm də Salamzadə küçəsindən gələnləri gözləyirlər. Günün pik saatlarında şərait sıxlıq səbəbindən daha da ağırlaşır. Bu kəsişməni tənzimləməyin bir yolu var: Salamzadə və Zərdabi küçələrində olduğu kimi, Mətbuat prospektindən gələnlər üçün də işıqforlar qoyulmalıdır".
Ətraflı Baku TV-nin süjetində:
"Qələbə dairəsi"ndəki xaos necə həll edilməlidir?
Baxış sayı:107
Bu xəbər 23 Aprel 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















