Icma.az
close
up
RU
Əbədi Qələbə

Əbədi Qələbə

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Yaşanılmış tarix bir daha göstərir ki, qəhrəmanlıq heç vaxt unudulmur.
8 noyabr 2024-cü ildə Bakıda açılışı olan Zəfər parkı Prezident cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkı 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən qələbəni qeyd etmək və bu zəfəri gələcək nəsillərə tanıtmaq məqsədini güdür. Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında xalqa müraciətində bu abidənin quruluşu və əhəmiyyətindən danşıb edib: “Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.
Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. Bakıda açılışı olan Zəfər Parkı, Azərbaycanın müasir tarixində əhəmiyyətli bir simvolik və milli dəyər olaraq önə çıxır. Bu park, ölkənin Qarabağ müharibəsindəki qələbəsini, Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi mübarizəni təmsil edir. Ümumilikdə, Zəfər Parkı Azərbaycanın zəfər tarixini yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından son dərəcə əhəmiyyətli bir layihədir. Bu park, həm də Azərbaycan xalqının öz azadlığı və torpaqlarını geri alma yolunda nə qədər əzmkar və möhkəm olduğunu bir daha vurğulayır.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları yazdı. Prezident İlham Əliyevin çıxışında dediyi kimi, biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik: “İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”. Hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşdular, şirin canlarını belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış ərazilərimizi düşməndən azad etdilər. Azərbaycan Ordusunun əməliyyatlar zamanı həyata keçirdiyi döyüş taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən diqqətlə öyrənilir.
İllərdən bəri həsrətini çəkdiyimiz, 4 ildir ki sevincini yaşadığımız Zəfər qəhrəmanlıq və hünər sayəsində əldə olundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradaraq yenilməz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bir daha təsdiq olundu ki, işğalçı, təcavüzkar məhvə məhkumdur. Düşmən üzərində qazanılmış bu möhtəşəm qələbədə hər bir əsgərin, hər bir zabitin payı var. Zəfər parkı Azərbaycan xalqının milli ruhunu, birlik və vətənpərvərlik hissini gücləndirir. Zəfər Parkı həm də bir növ Azərbaycan xalqının qələbə rəmzidir. Burada, müharibədə şəhid olanların xatirəsi yad edilir və onların qəhrəmanlığı bu park vasitəsilə unudulmaz hala gəlir. Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaqdır. Eyni zamanda park qəhrəmanların, cəsurların məskəninə çevriləcəkdir.
Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri