Icma.az
close
up
RU
Qələbə ilə başlayan yol Böyük Qayıdışın tamamlanması ilə davam edəcək Deputat

Qələbə ilə başlayan yol Böyük Qayıdışın tamamlanması ilə davam edəcək Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir dövrü yaşayırıq. Bu, yalnız torpaqlarımızın azad olunması və suverenliyimizin bərpası ilə yekunlaşan bir mərhələ deyil, bu həm də 200 illik işğala son qoyulması, azadlığın, ədalətin, inkişafın və milli iradənin gerçəyə çevrildiyi, bərpa və dirçəlişin hər sahədə görünən yeni mərhələsidir. Bu tarixi naliyyətimizin əvəzsiz müəllifi möhtərəm cənab Prezident İlham Əliyevdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı İlham Əliyevin azad olunmuş ərazilərə olan səfərləri haqqında danışarkən bildirdi.

"Cənab Prezidentin Qarabağa və Şərqi Zəngəzura etdiyi ardıcıl səfərlər ölkə rəhbərinin bu torpaqlara olan dərin bağlılığını, vətəndaşa, şəhidlərimizin müqəddəs ruhuna və tariximizə ehtiramını əks etdirir. Bu səfərlər eyni zamanda xalqla birliyin, liderlə millətin qırılmaz tellərlə bir-birinə bağlı olduğunun ən bariz sübutudur. Hər səfər yeni bir layihənin açılışı, yeni bir həyatın başlanğıcı deməkdir.

Qarabağ və Şərqi-Zəngəzurda  aparılan bərpa və quruculuq işləri yalnız infrastruktur baxımından deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Dağıdılmış şəhərlərin, yerlə-yeksan edilmiş şəhər və kəndlərin yerində bu gün yeni həyat yaranır. Ağdamda, Füzulidə, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Şuşada, Xankəndidə, Ağdərədə tikilən yeni evlər, məktəblər, tibb müəssisələri, yollar, dəmir yolları, elektrik stansiyaları, sənaye zonaları təkcə quruculuq deyil, eyni zamanda, milli ruhun və cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və
əzminin göstəricisidir", - deyə o, qeyd etdi.

Deputat əlavə etdi ki, İlham Əliyevin Böyük Qayıdışla bağlı irəli sürdüyü konseptual yanaşma strateji və mərhələli şəkildə həyata keçirilir.

"“Ağıllı kənd” və “ağıllı şəhər” modelləri bu əraziləri XXI əsrin texnologiyalarına uyğun şəkildə yenidən formalaşdırmaqla yanaşı, həm də dayanıqlı və innovativ inkişaf üçün zəmin yaradır. Bu gün artıq işğaldan azad olunmuş yaşayış məntəqələrinə Qayıdış prosesi həyata keçirilir, on minlərlə insan doğma yurduna qovuşub, vətənin qucağında yenidən həyat qurur.

Böyük Qayıdış soydaşlarımızın haqqının bərpasıdır. Bu, Vətənlə insan arasındakı bağın, qırılmaz tellərin yenidən toxunmasıdır. Soydaşlarımız təkcə böyüdükləri yerlərə deyil, həm də ruhumuzun, tariximizin və gələcəyimizin daşıyıcısı olan müqəddəs torpaqlara qayıdırlar".

Siyasətçinin fikrincə, bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşan quruculuq işləri, Azərbaycanın gələcəyinin modelidir – təhlükəsizlik, müasirlik, yaşıl enerji, sosial rifah və milli birliyin birləşdiyi yeni həyat tərzidir.

"Bu model azad olunmuş ərazilərdə və bütövlükdə ölkəmizə müsbət təsir göstərir, Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.

Hər bir azərbaycanlı sözügedən proseslərin şahidi olmaqdan qürur duyur. Cənab prezidentin qətiyyəti, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanı ilə yoğrulan bu zəfər yolu bizi daha böyük qələbələrə aparacaq.
Qələbə ilə başlayan yol bu gün quruculuqla, sabah isə Böyük Qayıdışın tamamlanması ilə davam edəcək. Azərbaycan güclüdür, Azərbaycan qalibdir və Azərbaycan xalqı öz doğma torpağında əbədi olaraq yaşayacaqdır!", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri