Qələbə Neftçi yə növbəti mərhələyə çıxmaq üçün yetərli olmadı
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu keçirilib. Belarusun "Dinamo Minsk" komandası öz meydanında Bakının "Neftçi" komandasını qəbul edib.
Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda baş tutan oyunda bu dəfə qonaqlar daha yaxşı təsir bağışlayıblar. Oyuna daha fəal başlayan "Neftçi" 13-cü dəqiqədə Breno Almeyda vurduğu qolla hesabı açıb. Birinci hissədə meydanda daha yaxşı oyun nümayiş etdirən "Neftçi" bununla belə 4-5 dəfə 100 fazili qol vəziyyətlərindən istifadə edə bilməyib. İkinci hissədə də "Neftçi" rəqib qapısına aramsız hücumları davam etdirsə də yenə əlverişli qol vəziyyətlərində istifadə edə bilməyib. Nəticədə oyun 1-0 hesabı ilə komandamızın xeyrinə baş çatıb. Bununla belə qələbə "Neftçi"yə növbəti mərhələyə çıxmaq üçün yetərli olmayıb. İki oyunun nəticəsinə görə (3-4) "Neftçi" rəqibinə məğlub olaraq Konfrans liqasında mübarizəni dayandırıb.
Konfrans liqasındakı digər təmsilçimiz "Zirə" Estoniyanın "Paide"komandası ilə Bakıda keçirdiyi oyunda1-1 hesabı ilə heç-heçə etsə də, iki oyunun nəticəsinə görə (1-2) məğlub olaraq mübarizəni dayandırıb.
Əziz MUSTAFA
Baxış sayı:194
Bu xəbər 31 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















