Icma.az
close
up
RU
“Qələbə qazanmaq qədər sülhü qorumaq da vacibdir” Deputat

“Qələbə qazanmaq qədər sülhü qorumaq da vacibdir” Deputat

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışını çox mühüm hesab edirəm. Çünki bu çıxışda Azərbaycanın keçdiyi çətin və şərəfli yol, qazandığı tarixi Qələbə və beynəlxalq münasibətlərdə tutduğu mövqe bir daha diqqətə çatdırılıb”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

“Fikrimcə, Azərbaycanın bu gün regionda mühüm söz sahibi olması təsadüfi deyil. Ölkəmiz hər zaman müstəqil siyasət yürüdərək öz milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışıb. Eyni zamanda, digər dövlətlərlə əməkdaşlığın inkişafına, sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verib.
Çıxışda məni ən çox düşündürən məqamlardan biri beynəlxalq təşkilatların ədalətli və prinsipial mövqe tutmasının vacibliyi məsələsi oldu. Beynəlxalq hüquq yalnız kağız üzərində qalmamalı, qəbul edilən qərarlar həyata keçirilməlidir. Əks halda, ədalətsizlik və ikili standartlar yeni münaqişələrə yol aça bilər”, - deputat əlavə edib.

C.Məmmədov deyib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə xalqımızın birliyini, əzmini və torpaqlarımıza bağlılığını nümayiş etdirdi. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi tariximizin ən mühüm hadisələrindəndir. Bu Qələbə bizə göstərdi ki, xalqın iradəsi, milli birlik və güclü dövlətçilik ən çətin sınaqlardan keçməyə imkan verir.

“Mən hesab edirəm ki, Azərbaycanın sülh təklif etməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki Qələbə qazanmaq qədər sülhü qorumaq, gələcək nəsillər üçün təhlükəsiz və sabit mühit yaratmaq da vacibdir. Bu gün əsas məqsəd regionda etimadın möhkəmləndirilməsi və davamlı sülhün təmin olunması olmalıdır.

Azərbaycanın AQEM-ə sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, təhsil, elm, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakını göstərir. Bu da Azərbaycanın yalnız öz regionunda deyil, daha geniş coğrafiyada əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini təsdiqləyir.

Ümumilikdə, düşünürəm ki, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın tarixi Qələbəsini, müstəqil siyasətini və gələcəyə yönəlmiş məqsədlərini əks etdirir. Bizim üçün əsas məsələ əldə etdiyimiz nailiyyətləri qorumaq, dövlətimizin gücünü artırmaq və gələcək nəsillərə sülh, təhlükəsizlik və firavanlıq şəraitində yaşaya biləcəkləri bir ölkə miras qoymaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri