Kərimov: “Qələbə vacibdir, amma…”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan yığması bu gün yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.
Veteran futbolçu Aslan Kərimov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Andorra ilə matçdan gözləntiləriniz nədir?
– Dominant olmalıyıq. Düşünürəm ki, oyun Lixtenşteynlə matçdakı kimi olacaq. Andorra əks-hücumlardan təhlükə yarada bilər. Buna görə, hücumda olanda müdafiədə də boşluq verməmək lazımdır.
– Baş məşqçi Ayxan Abbasov heyətdə böyük dəyişikliklər edəcəyini deyib. Sizcə, bu oyunda vacib olan qələbədir, ya oyunçuları sınamaq?
– Oyunun mahiyyəti mənim üçün fərqlidir. Yanaşma başqa cür olacaq. Qələbə vacibdir, amma əsas məqsədlərdən biri az şans qazananların meydana çıxmasıdır. Bu gün heyətdə yeni adlar görmək mümkündür. Andorra ilə matç futbolçuları yoxlamaq üçün faydalıdır.
– Lixtenşteynlə oyunda kifayət qədər fürsət yaradıldı. Andorraya qarşı da bu oyunu təkrarlamaq mümkün olacaq?
Lixtenşteynlə oyunda gördük ki, kifayət qədər epizod yaratsaq da, boşa veririk. Bu matçın əhəmiyyəti fərqli idi. Görüşdə hansısa xırda səhv böyük problem yarada bilərdi. Ona görə futbolçular daha diqqətli oynadı. Andorra ilə matçda isə futbolçuların sərbəst çıxış edəcəyini gözləyirəm.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Noyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















