Icma.az
close
up
RU
Qələbə səlnaməsinin müəllifi

Qələbə səlnaməsinin müəllifi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham Əliyevin adı müasir Azərbaycan tarixində qələbə, suverenlik və milli iradə anlayışları ilə üzvi şəkildə bağlıdır. Onun rəhbərliyi ilə Azərbaycan dövləti uzun illər davam edən işğala, separatizmə və xarici təzyiqlərə son qoymuş, tarixi ədaləti bərpa etmiş və regionda yeni siyasi reallıqlar formalaşdırmışdır. Bu tarixi yol təsadüfi deyil, düşünülmüş, ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi formalaşmış Qələbə səlnaməsidir.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas milli məqsəd kimi müəyyənləşdirmişdir. Bu məqsədin reallaşdırılması üçün dövlətin bütün resursları səfərbər edilmiş, siyasi, iqtisadi və hərbi sahələrdə sistemli islahatlar həyata keçirilmişdir. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi güclü dövlət modelinin formalaşmasına şərait yaratmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi strateji layihələr Azərbaycanın regional və qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, əldə olunan maliyyə və siyasi imkanlar milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə yönəldilmişdir.
Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordunun maddi-texniki bazası gücləndirilmiş, müasir silah sistemləri alınmış, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Eyni zamanda, ordu quruculuğunda milli ruhun və vətənpərvərlik ideologiyasının gücləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan cəmiyyətində xalq-ordu-lider birliyi formalaşdırılmış, bu birlik gələcək Qələbənin əsas sütunlarından birinə çevrilmişdir.
Beynəlxalq müstəvidə Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətini ardıcıl və prinsipial şəkildə ifşa etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını daim gündəmdə saxlamışdır. Onun çıxışları, beynəlxalq tribunalarda səsləndirdiyi mövqelər və qətiyyətli bəyanatları Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmışdır. “Qarabağ Azərbaycandır!” ifadəsi milli iradənin, tarixi həqiqətin və dövlət mövqeyinin qısa, lakin son dərəcə aydın ifadəsi kimi tarixə düşmüşdür.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı strateji xəttin real nəticəsi oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində yüksək döyüş qabiliyyəti, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Müharibə dövründə Prezident İlham Əliyev yalnız hərbi əməliyyatlara rəhbərlik etməklə kifayətlənməmiş, eyni zamanda siyasi və informasiya cəbhəsində də qətiyyətli liderlik nümayiş etdirmişdir. Xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə beynəlxalq hüquqa, tarixi faktlara və real vəziyyətə əsaslanan mövqeyi Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə çatdırmışdır.
Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və yüzlərlə yaşayış məntəqəsinin azad edilməsi düşmənin illərlə yaratdığı mifləri darmadağın etdi. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən, tarixi və strateji əhəmiyyət daşıyan hadisə oldu. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Şuşa azaddır!” sözləri Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu və Qələbə səlnaməsinin ən parlaq səhifəsinə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Azərbaycanın ərazi bütövlüyünün bərpasını beynəlxalq-hüquqi müstəvidə təsdiqlədi.
Lakin Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Qələbə yalnız hərbi nəticə ilə ölçülmür, suverenlik ölkənin bütün ərazisində real şəkildə təmin olunmalıdır. Müharibədən sonrakı dövrdə Ermənistanın və onun dəstəklədiyi qanunsuz silahlı birləşmələrin Qarabağda qalması Azərbaycanın suveren hüquqları ilə ziddiyyət təşkil edirdi. Dövlət başçısının prinsipial mövqeyi ondan ibarət idi ki, ölkə ərazisində heç bir qeyri-qanuni silahlı birləşmənin mövcudluğuna yol verilə bilməz.
Məhz bu qətiyyətli siyasətin nəticəsi olaraq 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir sutkadan az davam edən bu tədbirlər nəticəsində qanunsuz silahlı dəstələr tərksilah edildi, separatçı rejim faktiki olaraq ləğv olundu və Azərbaycan Respublikasının konstitusiya quruluşu ölkənin bütün ərazisində tam bərpa edildi. Antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər yaşayış məntəqələrində Azərbaycan Bayrağının ucaldılması Qələbə səlnaməsinin məntiqi və tarixi tamamlanması kimi qiymətləndirildi. Bununla da Azərbaycan dövləti 30 ildən artıq davam edən işğal və separatizmə birdəfəlik son qoyaraq öz suverenliyini tam təmin etdi. Bu hadisə təkcə hərbi deyil, eyni zamanda siyasi, hüquqi və mənəvi baxımdan müasir Azərbaycan tarixinin ən mühüm mərhələlərindən biri oldu.
Postmüharibə və postseparatizm dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur layihələri icra edildi, yollar, enerji obyektləri, sosial və yaşayış kompleksləri inşa olundu. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi Azərbaycanın postmüharibə strategiyasının miqyasını və dövlət iradəsinin gücünü açıq şəkildə nümayiş etdirdi. Reinteqrasiya prosesi çərçivəsində dövlət idarəetmə institutları fəaliyyətə başladı, hüquq-mühafizə və sosial xidmətlər təmin edildi.
Beləliklə, İlham Əliyevin Qələbə səlnaməsi təkcə 44 günlük Vətən müharibəsi ilə məhdudlaşmır. Bu səlnamə müharibəyə qədər aparılan düşünülmüş dövlət siyasətini, müharibə dövründə nümayiş etdirilən qətiyyətli liderliyi, postmüharibə mərhələsində quruculuq xəttini və antiterror tədbirləri ilə tamamlanan tam suverenliyin bərpasını özündə birləşdirən tarixi bir salnamədir. Bu gün Azərbaycan öz ərazisində tam suverenliyini təmin etmiş, regionda söz sahibi olan qalib dövlətdir. Bu tarixi Qələbənin müəllifi Prezident İlham Əliyev, bu yolun siyasi dayağı isə Yeni Azərbaycan Partiyasıdır. Qələbə səlnaməsi Azərbaycan dövlətçiliyinin əbədi qürur mənbəyi kimi tarixdə yaşayacaq və gələcək nəsillərə milli iradənin, siyasi qətiyyətin və vətənpərvərliyin nümunəsi kimi ötürüləcəkdir.

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see450

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see332

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see331

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see296

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see272

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see271

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see267

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see243

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see241

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see236

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see232

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see232

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see215

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see214

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see213

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see202

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see201

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see195

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see193

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri