Icma.az
close
up
RU
Zəfər və inkişaf səlnaməsinin müəllifi FOTO

Zəfər və inkişaf səlnaməsinin müəllifi FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan, tarixə Müzəffər Ali Baş Komandan kimi düşən, Azərbaycan xalqının milli qürurunu özünə qaytaran Prezident İlham Əliyevin doğum günüdür. Onun rəhbərliyi ilə ölkəmiz həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə müstəsna nailiyyətlər əldə edib, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib və xalqımızın suverenliyi güclənib.

Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin əsas memarıdır. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. 

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması tarixi Zəfər Günü kimi qeyd olunur. Bu Qələbə Azərbaycanın həm hərbi qüdrətini, həm də beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi.

2023-cü ildə isə lokal antiterror əməliyyatları nəticəsində ölkə daxilində təhlükəsizlik təmin edildi və terror təhdidləri tamamilə aradan qaldırıldı. Bununla Azərbaycan suverenliyini tam bərpa edərək beynəlxalq səhnədə öz gücünü bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, BMT Təhlükəsizlik Şurasında uğurlu fəaliyyəti və COP29-un ölkəmizdə keçirilməsi bu uğurların əyani sübutudur. COP29 Azərbaycan üçün yalnız ekoloji məsələlərdə deyil, həm də diplomatik mövqelərin gücləndirilməsi baxımından əhəmiyyətli hadisədir.

Dünya liderləri Prezident İlham Əliyevi sözünə sadiq, məqsədyönlü, dürüst, praqmatik, səmimi insani keyfiyyətləri özündə təcəssüm etdirən mükəmməl siyasi xadim kimi dəyərləndirirlər. Onun beynəlxalq müstəvidə istənilən siyasi gedişi örnək kimi qəbul edilir, təcrübə və biliyin uğurlu sintezi, milli maraqların ana xətti kimi müəyyənləşdirdiyi xarici siyasət kursu müasir Azərbaycanı nüfuzlu dövlət kimi tanıdıb.

Azərbaycanın siyasi uğurları iqtisadi inkişafla vəhdət təşkil edir. Ölkəmiz Şərqlə Qərb arasında əsas nəqliyyat qovşağına çevrilərək beynəlxalq logistik şəbəkələrdə mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat layihələri Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ÜDM-i 3,6 dəfə, dövlət büdcəsinin gəlirləri isə 30 dəfə artıb. Dövlət valyuta ehtiyatları 67 milyard dollara çatıb və bu, xarici borcları 10 dəfə üstələyir. Azərbaycan iqtisadiyyatına yatırılan 300 milyard dollarlıq investisiya ölkənin qeyri-neft sektorunu gücləndirib. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində işsizlik və yoxsulluq göstəriciləri əhəmiyyətli dərəcədə azalıb.

Sosial sahədə də böyük irəliləyişlər əldə edilib. Minimum əməkhaqqı və pensiya dəfələrlə artırılıb, ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb. Bu siyasət xalqın rifahını artırmaqla yanaşı, sosial ədaləti də təmin edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Zəngilan, Ağdam, Şuşa və digər şəhərlər müasir infrastrukturla təchiz olunur, bu ərazilər yenidən həyata qayıdır. Ermənistanın dağıtdığı mədəni irs bərpa edilir, yeni yaşayış məskənləri salınır. Aparılan bərpa-quruculuq işləri öz miqyasına görə unikaldır və beynəlxalq səviyyədə yeni Azərbaycan modelini formalaşdırır.
Prezident İlham Əliyev hər zaman vurğulayır ki, ölkəmizin uğurlarının əsasında xalqın ona olan güvəni və xalqla iqtidarın birliyi dayanır. O, ölkəni zirvədən zirvəyə apararaq, Azərbaycan xalqına həm güc, həm də qürur hissi bəxş edir. Prezident İlham Əliyev həm daxildə, həm də xaricdə müdrik siyasət apararaq Azərbaycanı regional liderdən qlobal aktora çevirib.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm zəfərlər, həm də davamlı inkişaf yolu ilə irəliləyir. Onun müdrik siyasəti, ədalətli yanaşması, uzaqgörən və bacarıqlı idarəetməsi, yüksək intellekti ölkəmizin sabitliyinin və rifahının əsas təminatıdır.  Azərbaycan xalqı onun rəhbərliyi ilə aydın yolda daha işıqlı bir gələcəyə doğru inamla addımlayır. 

Sevil MİKAYILOVA, 
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri