Icma.az
close
up
RU
Qələbə soraqlı “gözəgörünməz” zabit

Qələbə soraqlı “gözəgörünməz” zabit

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

O, yeniyetmə ikən idmanın cəsarət, dözüm tələb edən boks növü ilə məşğul olmuş, yarışlarda dəfələrlə çempionluq qazanmışdı. Bəlkə hərbçi sənətini seçməyində bu amil də mühüm rol oynayıb. Cəmi bir neçə kvadratmetrlik rinqi Vətənin işğal altında olan 17 min kvadratkilometr ərazisinə dəyişməyi qərara alıb və zabit kimi həlledici döyüşlərin başlayacağı vaxtı illərcə həsrətlə gözləyib. Nəhayət, arzusu çin olub və qəhrəmanımız son damla qanına qədər vuruşaraq müqəddəs “fəxri kürsü”yə - şəhadətə yüksəlib.

Orxan Nadir oğlu Əkbərovu deyirik. Saatlı şəhərində anadan olub, Biləsuvarda orta məktəbi, Bakıda Ali Hərbi Məktəbi bitirmiş polkovnik-leytenant Orxan Əkbərovu. Düz 15 illik zabitlik həyatında qüsursuz xidmət göstərib. Ağdam və Beyləqan rayonlarında hərbi hissələrdə kəşfiyyat rəisi olub, vətənpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı ilə nümunə göstərib. Məlum Aprel döyüşlərində yaxından iştirak edib. 2019-cu ildə “N” saylı kəşfiyyat hərbi hissəsinə komandirlik etdiyi vaxt düşmənin bir neçə silahlı təxribatının qarşısını qətiyyətlə alıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli cəbhəsində mərdliklə savaşıb. Hər hücum əmri gələndə əvvəlcə özü silaha sarılır, əsgərlərinin önünə düşür, düşmən postlarını, istehkamlarını yerlə-yeksan edirdi. Cəsur komandir əsgərləri ilə birlikdə 100-lərlə yağını “nokaut”a salıb, beyin silkələnməsinə məruz qoyub, torpaqlarımızı zəbt edənlərin dəstə-dəstə meyitini qurd-quşa yem edib. Ələ keçirdiyi hərbi qənimətlər də az olmayıb.

...Kənd Horadiz istiqamətində meşədə çoxsaylı hay xüsusi təyinatlı dəstəsi ilə qəfil üz-üzə gələndə özünü itirməyən komandir dərhal “Silahlara sarılın!” deyərək,10-larla düşmən əsgərinin məhvinə nail olur. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi də eyni aqibəti yaşayır. Qeyri-bərabər döyüşdə o, yaralanmış əsgərinin və şəhidinin döyüş meydanında qalması ilə barışmır, həyatını aşkar təhlükəyə ataraq onları oradan çıxarır. Özü kimi, əsgərləri də ölümdən zərrəcə qorxmur, düşmənin cəbhəsini yararkən, “həyatın ən böyük xoşbəxtliyi bu gündür” deyən komandirin ardınca ürəklə gedirlər.

Orxan Əkbərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı düşmənin snayper silahından qəfil açdığı atəşlə şəhid olub. Göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən, ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Az sonra isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Bu gün şəhid kəşfiyyat komandiri Orxan Əkbərovun adı gələndə bütün silahdaşları onu qorxmaz vətən oğlu, təəssübkeş qardaş kimi xarakterizə edirlər. Onunla bağlı elə epizodlar danışırlar ki, ölümünə heyfsilənsən də, qəhrəmanlığı ilə qürur duyursan. Deyirlər ki, ən ağır döyüşlərə belə yüksək əhval-ruhiyyədə girir, “İgiddən güllə də qorxar” deyərək, əsgərlərinə daim qələbə əzmi aşılayırdı.

İnişil şəhid polkovnik-leytenantın şəxsi əşyaları və “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” kitabı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təqdim olunub. Orada şəhidin əmisi Yusif Əkbərov, döyüş yoldaşı polkovnik-leytenant Azər Baxşəliyev, ömür-gün dostu Nuranə Əkbərova onun həyat və döyüş yolundan fəxrlə söhbət açıblar. Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Orxan Əkbərovun adı verilib. Əbəs yerə deyilməyib ki, igid ölər – adı qalar.

Qeyd edək ki, 2 övladı yadigar qalan şəhidimizin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Həyat yoldaşı özünüməşğulluq proqramına cəlb edilib və kiçik ailə təsərrüfatı yaradılıb.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri