Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Gözəgörünməz xüsusi təyinatlı

Gözəgörünməz xüsusi təyinatlı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xüsusi təyinatlı zabit Anar Əliyev hələ 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi uğrunda əks-hücum əməliyyatında iştirak edərək həmin məntəqənin düşməndən alınmasında fərqlənmiş, “Şücaətə görə” medalına layiq görülmüşdü. İkinci Qarabağ savaşında isə o, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda döyüşlərdə mətinlik nümunəsi göstərdi və oktyabrın 21-də Tuğ kəndi istiqamətində gedən döyüşlərdə canını Vətənə qurban verdi.

Kəlbəcərin Boyaqlı kəndində anadan olmuş Anar oraların ilk sakinlərindən sayılan Kalvavəllər nəslinin davamçılarından idi. Valideynlərinin işi ilə əlaqədar onların ailəsi Ağdərənin Göyarx kəndinə köçmüşdü. Amma erməni hücumları səbəbindən oradan Tərtərin Bəyimsarov kəndinə, oradan isə Şəmkirə üz tutmalı oldular.

Erməni nankorluğu, köçkünlük zülmü Anarın da qəlbində silinməz izlər buraxdığı üçün o, 9-cu sinfi bitirən kimi hərbçi olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldu. Daha sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbində oxudu, 2001-ci ildə ali hərbi məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə bitirdi.

Məqamı yetişincə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etdirdi.

Hərbi xidmətinin Naxçıvan dövründə vaxtından əvvəl polkovnik–leytenant rütbəsi alan Anar Əliyev həmişə gənclərə deyirdi ki, zabitlik əsl kişi işidir. Burada “gün keçirmək” deyilən şey yoxdur. Əgər çölçülüyə, bitmək bilməyən çətin sınaqlara gücünüz, təpəriniz, dözümünüz çatacaqsa, bu sahəyə gəlin. Özünün şəxsi nümunəsi ilə hər kəsdə hərbi işə sevgi və inam yaradırdı. Uğurla vəzifə pillələri üzrə yüksəlirdi. Türkiyə, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya, İordaniya və Pakistanda kurslarda, təlimlərdə, təcrübə mübadilələrində bacarığını göstərmişdi.

Yüksək peşəkarlığına görə Anar Əliyevə hərbi hissənin qərargah rəisi, komandiri vəzifələri etibar olunmuş, USTA dərəcəsi ilə dəyərləndirilmişdi...

Vətən müharibəsi başlanandan 13 gün sonra nəhayət, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanından Qarabağa göndərilmək barədə təkidli müraciətinə müsbət cavab alan polkovnik-leytenant Anar Əliyev ona hər qarışı canından da əziz olan torpaqlarımız uğrunda ölüm-dirim savaşına qatılıb. İlk qələbə sevincini 10 günlük döyüşlərin nəticəsində Hadrut alınanda yaşayıb. Sonra çoxsaylı kəndlərin azad olunmasında əlindən gələni edib. Oktyabrın 17-də Füzuli alınanda cəsur komandirin fərəhdən uçmağa qanadı olmayıb. Ardınca Zəngilan şəhərinin alınması barədə şəxsən Ali Baş Komandana məruzə edənlərdən olub.

Oktyabrın 21-i Anar Əliyevin son döyüş günü oldu. Onun komandirlik etdiyi heyət həmin gün Füzulinin Gecəgözü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini azad etdi. Ardınca tapşırıq gəldi ki, Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklər, xüsusilə, “772 metr” yüksəkliyi, Xocavəndin Tuğ kəndi nəyin bahasına olursa-olsun, azad edilməlidir. O, dərhal önə çıxaraq, döyüşçülərinə “İrəli!” əmri verdi. Silahdaşlarının dediyinə görə, qəfildən öncə qolundan, sonra gözündən vuruldu. Ona ilk yardım edən tibb xidməti leytenantı Adil Əfəndiyevlə birlikdə yenidən erməni hədəfinə tuş gəldi və yaxınlıqlarında əl qumbarasının partlayışı ilə hər ikisi şəhadətə yüksəldi.

Polkovnik-leytenant Anar Əliyevin nəşi bir zamanlar məcburi köçkün kimi yaşadığı Tərtərin Bəyimsərov kəndində son vida mərasimindən sonra Bakıya gətirilərək, böyük ehtiramla İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Beləcə, ömrünü 40 yaşında şərəflə başa vuran Anar Vaqif oğlu Əliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Gəncənin Gülüstan qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbinə onun adı verilib.

Həyat yoldaşı Vüsalə Əliyevanın hərbçimiz barədə dedikləri:

- Fəxr edirəm ki, ən çətin yüksəkliklərin azad olunmasına Anar özü öndə gedərək rəhbərlik edib. Son nəfəsində belə döyüşçülərinə tapşırıq verib ki, yüksəkliyi düşmənə verməyin. Qəlbində Vətənə böyük sevgisi olan zabit idi. Mən, onun ailəsi qohumları, xidmət yoldaşları, dostları onunla qürur duyuruq. Bu gün kimlərsə övladları üçün bahalı maşın, pullar, ev qoyub gedir. Amma Anar öz övladlarına, hətta gələcək nəslinə milyonlarla pulun ala bilməyəcəyi, bitməyən sərvət – qəhrəmanlıq adı qoyub gedib. Odur ki, hər zaman başımız ucadır.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri