Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

Onları NATO dan çıxarmaq lazımdır

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Killian Mbappe: “Yamaldan əl çəkin”

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Azı qərar, çoxu zərər...

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Qələbədən Qəbələyə: Türk zirvəsindən mühüm qərarlar TƏHLİL

Qələbədən Qəbələyə: Türk zirvəsindən mühüm qərarlar TƏHLİL

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının həmrəyliyi və strateji əməkdaşlığı baxımından yeni mərhələnin başlanğıcı oldu. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, həmçinin müşahidəçi statusunda olan dövlətlər – Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri iştirak etdilər.

Zirvə, ortaq tarix, mədəniyyət və dəyərlər üzərində formalaşan türk dövlətlərinin siyasi, iqtisadi və humanitar sahələrdə inteqrasiyasını dərinləşdirməklə yanaşı, təşkilatın beynəlxalq nüfuzunu da gücləndirdi. Qəbələdə imzalanan Qəbələ Bəyannaməsi, TDT-yə rəhbərliyin Azərbaycana keçməsi və “TDT+” formatının təsis edilməsi türk dövlətləri arasında əməkdaşlığı yeni səviyyəyə qaldıran mühüm qərarlar kimi yadda qaldı.Bu tarixi görüş, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regiondakı rolunu möhkəmləndirərək, Türk birliyinin gələcək inkişafına töhfə verdi.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında bildirib ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı liderlərinin 12-ci zirvə görüşü bu gün dünyanın ən çox ehtiyac duyduğu bir mövzuya – sülh və təhlükəsizlik mövzusuna həsr olundu. Onun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində baş verən proseslər göstərir ki, dünyanın ən önəmli ehtiyacı sülh və təhlükəsizlik məsələsidir:


“Bu da beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb kataklizmlərlə bağlıdır. Köhnə nizam dağılır, dünyada güc balansı dəyişir, 21-ci əsrin yeni dünya nizami formalaşır və bu nizamın yeni güc balansları təyin edilir. Qürurverici hadisədir ki, Türk Dövlətləri Təşkilatı bu qədər mürəkkəb tarixi proseslər konteksində öz mövqeyini və rolunu müəyyənləşdirir, beynəlxalq təhlükəsizliyi təmin etmək gücündə olan bir təşkilatlanma ilə yeni tarixi mərhələyə qədəm qoyur. Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin iştirak etdiyi, təsir göstərdiyi və təyin etdiyi yeni dünya nizamı daha ədalətli olacaq, çünki biz türk xalqları olaraq nə birinci, nə də ikinci dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sistemində təsiredici güc mərkəzinə çevrilə bilməmişdik. Hazırda türk dünyasının liderləri məhz bu tarixi boşluğu doldurmağa çalışırlar və çox böyük uğurlar əldə edirlər. Qəbələdə keçirilən zirvə görüşü də məhz tarixə bu notlarla düşəcək və türk xalqları üçün böyük gələcək vəd edəcək”.

Millət vəkili Sahib Alıyev Bakupost.az -a bildirib ki, TDT-nin yaxın və orta perspektivdə regiondakı proseslərin gedişinə önəmli təsir göstərəcək Qəbələdəki Zirvəsi həm də Qələbə Zirvəsi idi:


“Zirvənin keçirildiyi gün və yer o dərəcədə dəqiqliklə seçilmişdi ki, dövlət başçımızın nəyi, necə, nə vaxt etməklə yanaşı, onu harada etməyi də dəqiq bildiyini görməmək mümkünsüzdür. Detallara varmaq istəmirəm, amma belə də aydındır ki, iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsinin Şuşada keçirilməsi kimi rəsmi Zirvəsinin Qəbələdə baş tutması da, orada dövlət başçımızın gələn il Azərbaycanda birgə hərbi təlim haqda təklifi də səbəbsiz deyildi. Və cənab İlham Əliyev Zirvədəki çıxışının lap əvvəlində Azərbaycanın qədim şəhəri Qəbələnin eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş, 12 əsr mövcudluğunu saxlamış Qafqaz Albaniyasının paytaxtı olmasını da, onun geniş coğrafiyanı əhatə etməsini də elə-belə xatırlatmırdı. Azərbaycan haqda təkəbbürlə danışanlar yəqin öz dövlətçilik təcrübələrini də göz önünə gətirib dərslərini aldılar.

2019-cu ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvəsində Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi ilə türk dünyasının parçalandığını deyən Prezidentimiz artıq Türk Dövlətləri Təşkilatı adlanan qurumun Qəbələdəki Zirvəsində həmin tarixi ədalətsizliyin ləğvi yönündə çox mühüm bir addımın atıldığını açıqladı. Bu fakt və görüşün yekununa həsr olunan Bəyannamədə əksini tapan digər məsələlər deməyə əsas verir ki, biz Qəbələ Zirvəsini Azərbaycan və türk dünyası üçün həm də Qələbə Zirvəsi adlandıraq”.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Bakupost.az - a bildirib ki, XII Zirvə Görüşü, türk coğrafiyasının gələcək onilliklərdəki geosiyasi trayektoriyasını müəyyənləşdirəcək hadisələrdən biridir:


“Azərbaycan üçün bu zirvənin Qəbələdə keçirilməsi həm simvolik, həm də strateji məna daşıyır. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi, onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir: Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.

TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir”.

Deputat təşkilatın qarşısındakı mümkün risklərdən də bəhs edib:

“Üzv ölkələrin xarici siyasət kursları, regional maraqları və iqtisadi imkanları arasında fərqlər qalmaqdadır. Bəzi dövlətlər hələ də böyük güclərin təzyiq balansında siyasət aparır. Bu səbəbdən, TDT-nin birgə təhlükəsizlik və diplomatik qərarlarının icrası müəyyən çətinliklərlə üzləşə bilər. Bununla belə, təşkilat daxilində yaranan qarşılıqlı etimad mühiti və ortaq tarixi dəyərlər bu riskləri minimuma endirmək potensialına malikdir.

Qəbələ görüşünün əsas əhəmiyyəti ondadır ki, Türk dünyası ilk dəfə sülh və təhlükəsizlik kimi həssas mövzunu açıq şəkildə müzakirə etməyə başladı. Bu, TDT-nin sadəcə iqtisadi və mədəni deyil, həm də siyasi güc mərkəzi kimi formalaşmasının göstəricisidir. Türk dövlətlərinin regional sabitliyə töhfə verməsi, həm Qərb, həm də Şərq gücləri qarşısında yeni balans yarada bilər.

Azərbaycan bu zirvədən öz liderlik missiyasını bir daha təsdiqləyərək çıxmalıdır. Qəbələ Zirvəsi ölkəmizin diplomatik nüfuzunun, siyasi etibarının və regionda formalaşdırdığı yeni reallığın təntənəsidir. Bu tədbir həm də Türk dünyasının bir ideyadan real siyasi gücə çevrilməsi yolunda atılmış növbəti addımdır.

Türk birliyi artıq romantik ideya deyil – bu, XXI əsrin yeni geosiyasi arxitekturasıdır. Qəbələdə baş tutacaq Zirvə, bu arxitekturanın təməlinə çevriləcək və gələcəkdə Türk dövlətlərinin qlobal siyasətdə koordinasiyalı mövqeyinin bünövrəsini formalaşdıracaq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında artıq bu cür mötəbər görüşlərin ölkəmizdə keçirilməsinin ənənə halını aldığını qeyd etdi:


“Bu dəfəki tədbirin əhəmiyyətini artıran məsələlərdən biri də sammitdə bütün türk respublikalarının rəhbərlərinin iştirakı idi. Artıq bir neçə dəfədir bu tədbirlərdə Türkmənistan və Şimali Kipr Respublikalarının prezidentləri də iştirak edirlər. Bu da öz növbəsində tədbirin əhəmiyyətini daha da artıraraq türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsinə mühüm töhfələr verir.

Türk dövlətlərinin gələcəyi ilə bağlı bir çox məsələlərdə olduğu kimi bu tədbirdə də Prezident İlham Əliyev çox önəmli mesajlar verdi.

Bu gün çox qürurvericidir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Bu prosesə ən çox töhfə verən ölkələrdən biri də məhz Azərbaycandır.

Prezident İlham Əliyev çıxışında ortaq tarix və etnik köklərin və dillərin türk dünyasını ailə kimi birləşdirdiyini vurğulayaraq, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu məsələ gələcəkdə türk dövlətlərinin ordularının döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Prezidentin çıxışında önəmli məqamlardan biri də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı idi. Bu məsələdə də Prezident İlham Əliyev təşəbbüsü ələ alaraq həmin qurultayın 100 illiyinin keçirilməsini təklif etdi. Bu sadəcə bir qurultay deyil, eyni zamanda mühüm tarixi hadisələrin gənc nəslin yaddaşına həkk olunmasıdır”.

Lalə, Bakupost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see391

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see201

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see178

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see139

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see134

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see131

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see131

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see128

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see125

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see123

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see121

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see120

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see120

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see119

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see119

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri