Icma.az
close
up
RU
Qələbələr də var, “Neftçi” azarkeşi yenə tribunaya gəlmir

Qələbələr də var, “Neftçi” azarkeşi yenə tribunaya gəlmir

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi” ölkə çempionatında ikisi ardıcıl olmaqla 3-cü qələbəsini qazandı.

Yaşıl meydanda nəticələr yaxşılaşsa da, meydandan kənarda bir problem hələ də aradan qalxmayıb. Abubakar gəldi, qələbələr sıralandı, azarkeşlər oyuna canlı baxmağa gəlmədi ki, gəlmədi... Son turda “Kəpəz”lə oyunu tribunalardan 2800 nəfər izlədi. Bu “Neftçi” üçün mövsümün ən yüksək göstəricisidi. Son ev oyununda - “Araz-Naxçıvan”la matçda da eyni sayda tamaşaçı var idi. Digər ev oyunlarında isə 2100, 1300, 1200.... Bəli, 2800 ölkə səviyyəsində normaldı. Amma Abubakarın, “Neftçi”nin adına layiq olan azarkeş sayı bu deyil. Komanda MOİK-lə oyunu da saysaq, üç oyundu qələbə qazanır. Pis də oynamır. Bəs azarkeş? Hardasan, ay “Neftçi” azarkeşi? Şənbə günüdü, hava da yaxşıdı, 11 min yerlik stadionun heç üçdəbirini doldura bilmirsən. “Neftçi”nin ən pis vaxtında belə deyirdilər ki, “bu komandanın nəyi də olmasa, azarkeşi var”. İndi tribunalarda o da görünmür.
Ötən mövsüm bərbad nəticələrə görə komandanı boykot edən “Forza Neftçi” də əvvəlki qədər fəal deyil. Komandanın avrokuboklara getməsini istəyən, yüksək nəticələr tələb edən azarkeş bunu göstərmir. Stadiona gəlmək üçün daha nə lazımdı? “Qarabağ”a qarşı yaxşı oyun, yaxşı nəticə, yəqin ki, tribunaların böyük hissəsini dolduracaq. Amma bu indidən olmalıdı. Abubakar Bakıya gələndə azarkeşləri xüsusi vurğulamışdı. Amma nə o, nə də başqa futbolçular boş tribunalar önündə yüksək motivasiya ilə oynaya bilməz.
Çoxunun bəyənmədiyi “Zirə”nin stadionu hər matçda minimum 80-90 faizi dolur. Tutum az olsa da, nisbət etibari ilə nəticə ortadadı. “Zirə”nin stadionu 1100 yerlikdi, 900-1000 nəfər gəlir. Bu məntiqlə 11000 yerlik stadionun da, heç olmasa, 60-70 faizi dolmalıdı. Nə qədər ki, stadionda azarkeş olmayacaq, futboldan danışmağa dəyməz.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri