Icma.az
close
up
RU
Qələmi silaha dəyişən müəllim Keçmiş batalyon komandiri VƏFAT ETDİ

Qələmi silaha dəyişən müəllim Keçmiş batalyon komandiri VƏFAT ETDİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaxtilə Cəbrayılda ordu quruculuğu üçün əvəzsiz xidmətlər göstərmiş, bu rayonda yaradılan milli hərbi hissənin ilk komandiri, ehtiyatda olan kapitan Kamil Vəliyev vəfat edib.
Tarix bəzən bizə elə şəxsiyyətlər bəxş edir ki, onların həyat yolu təkcə bir sahədə deyil, müxtəlif istiqamətlərdə örnək olur. Kamil Vəliyev məhz belə insanlardan biri idi. O, həm elmə və maarifçiliyə fədakarlıq etmiş, həm də vətənin sadiq əsgəri olmuşdu.
Kamil müəllim uzun illər boyu pedaqoji fəaliyyətlə məşğul olmuş, minlərlə gəncin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı.
Kamil Əliş oğlu Vəliyev Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdu.
Ali təhsilini başa vurandan sonra Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində fizika fəninini tədris edirdi.
Onun dərsləri sadəcə fizika və riyazi düsturlar, tarixi hadisələrin öyrədilməsi ilə məhdudlaşmırdı. O, şagirdlərinə vətən sevgisini, dürüstlüyü və məsuliyyəti də aşılayırdı. Kamil müəllimin sinifində hər bir şagird onun diqqətindən kənarda qalmırdı. O, təkcə müəllim deyil, həm də həyat bələdçisi idi. Şagirdləri ondan bəhs edərkən tez-tez bu ifadəni işlədirlər: “Kamil müəllim dərs demirdi, bizə həyat öyrədirdi”.
Kamil Vəliyevin taleyinə təkcə məktəb lövhəsi qarşısında durmaq deyil, həm də səngərdə, ön cəbhədə düşmənə qarşı vuruşmaq yazılmışdı. Ölkə təhlükə qarşısında qaldığı zaman o, bir an belə tərəddüd etmədən silaha sarıldı.
1990-cı illərin əvvəllərində Cəbrayılda döyüşlər başlayanda ilk əlinə silah götürən şəxslərdən biri məhz Kamil müəllim oldu. Başqa sözlə, o, qələmi silaha dəqişən ilk müəllimlərdən idi.
O vaxtlar Kamil Vəliyev artıq tanınmış müəllim idi, lakin bu, onu mübarizədən çəkindirmədi. Könüllü olaraq ön cəbhəyə yollandı və orada da liderlik xüsusiyyətləri, dəmir iradəsi ilə seçildi.

1991-ci ildə Cəbrayılda yaranan ilk Özünümüdafiə Batalyonuna komandirlik etmək məsuliyyətini heç kim üzərinə götürmək istəməyəndə Kamil Vəliyev irəli durdu, bu şərəfli vəzifəni üstünə aldı. Maddi-texniki təminatı olmayan bir batalyona komandirlik etmək o dövr üçün böyük bir əzmkarlıq tələb edirdi.
Beləcə, hamının pedaqoq kimi tanıdığı Kamil müəllim artıq zabit kimi ordu quruculuğunda yaxından iştirak etməyə başladı. Əsgərləri onun ətrafında möhkəm bir yumruq kimi birləşirdi. Kamil Vəliyev cəbhədə həm nümunəvi döyüşçü, həm də mənəvi dayaq idi. O, əsgərlərinə yalnız döyüş taktikasını deyil, həm də döyüşdən sonra insan olaraq qalmağı öyrədirdi.
1992-ci ildə Cəbrayıldakı Özünümüdafiə Batalyonu polka çevriləndə, Kamil müəllim polk komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin edildi.
Cəbrayıllı döyüşçülərin uğurla həyata keçirdikləri Sur əməliyyatına – Hadrutun bu kəndinin erməni separatçılarından təmizlənməsinə Kamil müəllim rəhbərlik etmişdi.
O, 1995-ci ildə ordu sıralarından kapitan rütbəsi ilə tərxis edilib... Və yenidən Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbində pedaqoji fəaliyyətinə davam edib.
Kamil Vəliyev kimi şəxsiyyətlər millətin yaddaşında silinməz iz qoyur. O, sübut etdi ki, bir insan həm elmə, həm də vətənə sədaqətlə xidmət edə bilər. Onun həyatı gənclərə nümunədir - necə düzgün yaşamaq, necə mərd olmaq və nə üçün ölməyə dəyər prinsipləri baxımından.
Yeri gəlmişkən, Kamil Vəliyev həm də nümunəvi ata idi. Vətən müharibəsi dövründə oğlu Abbas Vəliyev savaşda iştirak etdi, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi...
Bu gün Kamil Vəliyevin adı onu tanıyanlar tərəfindən hörmətlə çəkilir. Onun həyat yolu bir daha göstərir ki, müəllimliklə komandirlik arasında görünməz bir körpü var - hər ikisi maarifləndirir, qoruyur və formalaşdırır.

Kamil Vəliyev həm gözəl müəllim, həm də cəsur komandir kimi bu iki müqəddəs vəzifənin öhdəsindən şərəflə gələn nadir insanlardan biri kimi yaddaşlara həkk olundu.


Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri