Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi əhatəliliyi, qaldırdığı məsələlərin miqyasının genişliyi, məzmun zənginliyi və digər üstün cəhətləri baxımından son dərəcə uğurludur. Dövlətimizin başçısının toxunduğu hər mövzu, ümumən, verdiyi bütün cavablar dərin araşdırmalar, təhlillər mənbəyidir. Əminəm ki, bu müsahibə artıq müxtəlif dövlətlərin siyasi dairələrində diqqətlə incələnir və öyrənilir.

Ayrıca onu da deyim ki, Prezidentin yeni dünya nizamından tutmuş, yaxın və uzaq ölkələrlə, beynəlxalq qurumlarla bağlı söylədiyi fikirlər qarşımızda müdrik və qüdrətli siyasi liderin obrazını bir daha, bütün aydınlığı ilə canlandırır.

Azərbaycanın belə bir liderinin olması isə xalqımız üçün sonsuz qürur, iftixar mənbəyidir.

Belə sanballı müsahibəyə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirir, müsahibəni götürən televiziya əməkdaşlarını dolğun və aktual suallara görə təbrik edirəm.

lll

Həyatın mənası yaşamaqdırsa, bu sürətli temp onun qənimidir, yaşamağa və yaşamaqdan zövq almağa, düşünməyə və xəyallara dalmağa imkan vermir.

lll

Minnətdarlıq duyğusu, vəfa, etibar nəcib hisslərdir. Daxili zənginliyin göstəricisidir. İnsana hörmət gətirir.

lll

Xəyallar reallıqları sarsıda bilməz.

lll

İl əslində ilk iş günündən başlayır.

lll

Mətbuatın mahiyyəti dəyişib.

lll

İndi etibarlı mənbə tapmaq çətindir.

lll

Hər işə qulp qoymaqdan asan nə var ki?

lll

Azadlıq başqasına maneə olmamaqdır.

lll

Elmi izah gecikəndə, yaxud heç olmayanda şayiələrə, xurafat və cəhalətə meydan açılır

lll

Məncə, şairin sözünü eşidin; dünyayla barışın.

lll

Şit mədhiyyələr.

lll

Elə bil ABŞ qəsdən Ermənistanı və Trampı odun ağzına atır. Bu strateji müttəfiqlik müqaviləsinin fəsadları necə olacaq, Rusiya, İran, Türkiyə hansı reaksiyanı verəcək? Görünür, daha bir regionda qarşıdurma yaranması "Yeni Dünya Nizamı"nı cızanların planlarına daxildir.

Tanrı Azərbaycanımızı qorusun!

lll

Feysbuk profili də qulluq tələb edir.

lll

İnternet çox əcaib insanlara axmaq fikirlərini ictimailəşdirmək imkanı verib.

lll

Sakit oturan heç kimin yadına düşməz.

lll

Sadə adamlar nə deyir? Onları eşitmək lazımdır.

lll

Xərifləyən qocanın sərsəm sayıqlamaları...

lll

Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir.

lll

Ciddi media qurumu İP xətrinə hər sayıqlamanı yaymağı özünə rəva bilməməlidir.

lll

Hamı hər şeyi bilir, əslində heç kim heç nə bilmir.

lll

Sözün nə qədər çəkisi azalsa da, yenə üstünlüyünü saxlayır.

lll

Metereoloqlar küləyin səngiyəcəyi vaxtı bu dəfə də dəqiq dedilər.

Meteoroloqlara inanmaq lazımdır.

lll

Sağlam düşüncənin qalib gələcəyinə ümid bütün dövrlərdə bəşəriyyətin dəyişməz arzusu olub.

lll

Xalq yazıçısı Elmira Axundova 20 yanvar günlərində fədakarlıq göstərən jurnalistlərimizi xatırlayır:

"...Stresli vəziyyətlərin yaranma ehtimalı baxımından jurnalistlər taksi sürücüsü, yanğınsöndürən, hərbçi və digər bu kimi riskli peşələri qabaqlayaraq, şaxtaçılar və polis əməkdaşlarından sonra ikinci yerdədirlər. Mən hələ xüsusən "qaynar nöqtələr"dəki media işçilərinin birbaşa təhlükə altında olmasından danışmıram. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı ölən və itkin düşən həmkarları haqqında məlumat toplayır və dərc edir. İllik matəm siyahısında onlarla deyil, yüzlərlə ad var".

lll

"Dolu" romanında Dünyanın ən varlı şəhəri kimi Ağdamın bədii obrazını yaradan Aqil Abbas son hekayələrində bu obrazın tamamlanmasına yönələn xırda detalların təsvirini verir. Bu dəfə "Bazar, Ağdam bazarı" hekayəsində o məşhur məkandan danışır. Aqil Abbasın yazıçı kimi bir üstünlüyü də orasındadır ki, az qala otuz il ərzində düşmən əlində viran qoyulmuş, daşı-daş üstündə qalmayan doğma məkanları xatırlayarkən ah-vay eləmir, hüznə qapılmır, bu məkanlardan canlı orqanizm kimi söhbət açır. Hekayəni oxuduqca o məşhur bazar təsəvvüründə uzun illər var olduğu kimi yerli-yerində, bütöv, tam bir məkan kimi canlanır, insanları sappasağ, dipdiri gözlərin önündən gəlib keçir. Və qətiyyən məyus olmursan - keçmişi xəfif təbəssümlə xatırlayır, yenidən qurulan Dünyanın ən varlı şəhərinin sabahına nikbinliklə, böyük ümidlərlə baxırsan.

lll

Sıxlıq olmayanda metro ən yaxşı nəqliyyatdır.

lll

Xəyal etməyə də güc lazımdır.

lll

Ölkəmiz üçün böyük faciəyə səbəb olan məlum təyyarə qəzası baş verdiyi günlərdə Xalq yazıçısı Anar və "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə 65 il əvvəlki bir hadisəni - mərhum Xalq yazıçısı Yusif Səmədoğlunun sərnişini olduğu təyyarənin səmada qəza təhlükəsi ilə qarşılaşdığını və təyyarənin komandirinin peşəkarlığı sayəsində sərnişinlərin yaranmış ekstremal vəziyyətdən sağ-salamat xilas olduğunu yada saldılar. Hətta Anar müəllim komandirin adını da xatırladı: Əli Novruzov. Və onun Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünü də bildirdi.

Hadisəni eşidəndə bununla bağlı bir jurnalist araşdırımasına ehtiyac olduğunu düşündüm. O vaxt bu istəyimi gənc jurnalist, istedadlı yazıçı Nadir Yalçına demişdim. Üstündən bir müddət keçdiyindən, düzü, fikirləşirdim ki, Nadir bu söhbətimizi artıq unudub. İndi "Kulis"də onun "97 nəfəri xilas edən pilot" yazısını görmək mənim üçün sürpriz oldu. Nadirin bu sanballı araşdırmasından xeyli təsirləndim. Yazıya görə Nadirə çox sağ ol deyir, aviasiya tariximizdəki bu hadisə ilə bağlı belə yaxşı material hazırladığına görə onu təbrik edirəm.

lll

Əlim nübar etdi bir ovuc qarla.

lll

Tramp bütün siyasi təhlilçıləri nokauta salıb, silkələyib, həm də hədsiz-hüdudsuz təxəyyül və fantaziyalara münbit şərait yaradıb. İndi kim ağlına nə gəlir deyə, necə gəldi təhlil edə, nə cür istəsə, proqnoz verə bilər.

lll

Ən yaxşısı elə "Ulduz"a baxmaqdır.

lll

Qarlı havada, Sumqayıt İdrak liseyində Beynəlxalq Ana dili günü tədbirində.

lll

Dənizaşırı ərazilərdən gələn media nümayəndələri qonağımız oldu.

lll

Bayaqdan bir neçə saytın feysbuk səhifələri musavat.com-a istinadən keçmiş Baş nazir Artur Rəsizadənin müsahibəsindən hissələr paylaşır. Maraqlı müsahibə idi deyə müəllifinin kimliyini bilmək istədim. Gözümə dəymədi. Nəhayət, müsahibəni musavat.com-da görəndə müəllifin kimliyini öyrəndim. İstedadlı həmkarımız Elşad Paşasoyu bu maraqlı müsahibəyə görə təbrik etdim. Amma müsahibəni paylaşan həmkarlarımızın yerinə məyus oldum. Müəlliflik hüququ, istinad mədəniyyəti vacib şərtdir, kübarlıq göstəricisidir. Bu nəcib prinsipə əməl etmək adama hörmət qazandırır. Kübarlığımızı və həmkarımızın əməyinə hörmət hissimizi itirməyək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri