Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... FOTOLAR

Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... FOTOLAR

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Türk Ocağı gənc jurnalistlər üçün stimul yaradır

Aprelin 2-də Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimetmə mərasimi keçirildi.

Tədbiri fakültənin dekanı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq Qənirə Paşayevanın zəngin jurnalist fəaliyyətindən və media sahəsinə verdiyi töhfələrdən bəhs etdi.

Azərbaycan Türk Ocağının başqanı, əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Qənirə Paşayevanın ictimai-siyasi və media fəaliyyətinə toxundu. Bildirdi ki, Qənirə Paşayeva yalnız peşəkar jurnalist deyil, eyni zamanda milli dəyərlərin qorunması və təbliği istiqamətində yorulmadan çalışan fədakar ziyalı idi. Onun jurnalistika sahəsində gənclər üçün nümunə olduğunu vurğuladı. Qeyd etdi ki, Qənirə Paşayevanın adı ilə təsis edilən bu mükafatın əsas məqsədi gənc jurnalistləri dəstəkləmək, onların peşəkar inkişafına töhfə vermək və bu sahədə yeni, istedadlı kadrların formalaşmasına stimul yaratmaqdır. O, mükafatın builki qalibi- III kurs tələbəsi Nuray Məmmədrzayevanı təbrik etdi.

BSU-nun Jurnalistika fakültəsinin professoru Etibar Babayev müasir dövrdə jurnalistikada texnologiyanın rolundan danışaraq bildirdi ki, əsas məsələ texnikadan istifadə deyil, onu düzgün idarə etmək bacarığıdır. O, jurnalistin hadisələrə müxtəlif aspektlərdən yanaşma qabiliyyətinin vacibliyini qeyd etdi. Həmçinin Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşərək onun “Addım-Addım Türkiyə” layihəsinin əhəmiyyətini vurğuladı. Bu layihənin "Sevgi-nəğməli İstanbul" layihəsinin davamı olduğunu söylədi.

Mükafatın qalibi Nuray Məmmədrzayeva çıxışında bu mükafatı almağın onun üçün böyük uğur və şərəf olduğunu bildirdi. Qənirə Paşayevanı gənc jurnalistlər üçün örnək şəxsiyyət kimi dəyərləndirdi. O, qeyd edib ki, gələcəkdə də bu etimadı doğrultmaq, peşəkar jurnalist kimi formalaşmaq və cəmiyyətə faydalı olmaq üçün əlindən gələni edəcək.

Professor Şahbaz Şamıoğlu jurnalistikanın əsas prinsiplərinə toxunaraq söylədi ki, yaxşı jurnalist olmaq üçün ilk növbədə yaxşı vətəndaş olmaq lazımdır. O, Türk Ocaqlarının bir əsrdən artıq fəaliyyət göstərdiyini xatırladaraq Azərbaycan Türk Ocağının rolunu xüsusi vurğuladı.

Əməkdar jurnalist Şəlalə Həsənova çıxışında “Şərq” qəzetinin bu gün də nazirlərin oxuduğu, aktuallığını qoruyan qəzet olduğunu dedi. O, Akif Aşırlının “Jurnalistika tarixi” kitabının əhəmiyyətindən danışdı. A.Aşırlının başqanı olduğu "Azərbaycan Türk Ocağı"nın bu mükafatı təsis etməsinin gənc jurnalistlər üçün mühüm stimul olduğunu bildirdi.

Tədbirdə fakültənin sabiq dekanı, professor Habil Məmmədov da çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşdü. Jurnalistika peşəsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, Qənirə Paşayeva daim milli dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərib.

Mükafatın ilk qalibi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Banuçiçək Kalbalıyeva çıxışında Qənirə Paşayevanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün əvəzsiz şəxsiyyət olduğunu vurğuladı. O, Qənirə Paşayevanın gənclərə göstərdiyi dəstəyi bu gün də həm özü, həm də bacısının adından Kəmalə xanım Paşayevanın davam etdirdiyini söylədi. 

Tədbirin sonunda Qənirə Paşayeva adına mükafat builki qalibinə - Nuray Məmmədrzayeva təqdim olundu. Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see336

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see311

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see296

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see276

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see273

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see271

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see270

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see267

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see259

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see249

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see244

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see240

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see239

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see232

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see230

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see221

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see217

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri