Icma.az
close
up
RU
Bakı Slavyan Universitetində konfrans keçirilib

Bakı Slavyan Universitetində konfrans keçirilib

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər Həftəsi” çərçivəsində “Konstitusiya və Suverenlik İli" Tədbirlər Planına uyğun olaraq Zəfərin 5 illiyinə həsr olunmuş "Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik" mövzusunda konfrans keçirilib.
Reyting.az
xəbər verir ki, konfransda BSU-nun rektoru Anar Nağıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları Sahib Alıyev, Zahid Oruc, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru Urxan Ələkbərov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov, BSU-nun professor-müəllim heyəti, tələbələri və digər universitetlərin tələbələri də iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anar Nağıyev
Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, Zəfərin 5 illik yubileyinin milli qürur və məsuliyyət hissi ilə qeyd olunduğunu vurğulayıb, bu zəfərin həm sevinc, həm də böyük məsuliyyət yaratdığını deyib.
Anar Nağıyev tədbirin əsas məqsədinin Azərbaycanın inkişaf konsepsiyası və milli kimlik məsələlərinin Zəfər Günü kontekstində müzakirəsi olduğunu bildirib. Rektor qeyd edib ki, Qələbənin Azərbaycana bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir.
Onun sözlərinə görə, Zəfərdən sonra Azərbaycan xalqının dünyagörüşü, özünə və cəmiyyətə baxışı dəyişib, nəticədə xalq daha da bütövləşmiş və möhkəmlənmiş bir millətə çevrilib.

Urxan Ələkbərov
Rektor vurğulayıb ki, bu dəyərlər çərçivəsində vətəndaş institutu, fərdi məsuliyyət və milli özünüdərk anlayışları daha da güclənib. Bu səbəbdən də bu cür tədbirlərin və elmi müzakirələrin keçirilməsi son dərəcə vacibdir.
Çıxışında Anar Nağıyev Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi fikirlərə də istinad edib. O bildirib ki, “Yeni Dövrün Azərbaycanı” anlayışı dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən konseptual çərçivədir və bu dövrdə azərbaycançılıq ideologiyası əsas ideya dayağı kimi çıxış edir.

Zahid Oruc
Rektor Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əhəmiyyətini vurğulayaraq, ailə və məktəb institutlarının qalib Azərbaycanın gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
A. Nağıyev çıxışında ali təhsil müəssisələri olaraq gələcəyin vətəndaşını formalaşdırmaq üçün yeni yanaşmalar müəyyənləşdirməli olduğunu və bunun milli kimlik konsepsiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
A. Nağıyev vurğulayıb ki, Bakı Slavyan Universitetində ölkəmizin nailiyyətləri, dövlət siyasəti və rəhbərimizin müəyyən etdiyi istiqamətlərə dair məsələlərin müzakirəsi məqsədilə mütəmadi olaraq tədbirlər və konfranslar keçirilir.

Sahib Alıyev
Bu tədbirin də həmin ənənənin davamı olduğunu bildirən rektor qeyd edib ki, 2024-cü ildən etibarən “Yeni Dövrün Azərbaycanı” çağırışı və “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitet tərəfindən ölkə daxilində və xaricdə bir sıra konfrans və seminarlar təşkil edilib.
Sonda A. Nağıyev bildirib ki, BSU ölkəmizin mədəniyyəti, dövlət siyasəti və təhsil strategiyasına uyğun olaraq fəaliyyət göstərir və bu istiqamətdə mühüm müzakirələr aparır. Bu fəaliyyətin əsas məqsədi maarifləndirməni genişləndirmək və təhsil proseslərinin keyfiyyətini artırmaqdır.
Elm və təhsil nazirinin müavinin Firudin Qurbanov çıxışında bildirib ki, konfransın Böyük Zəfərin 5 illiyinə, həmçinin qarşıdan gələn Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunması böyük rəmzi məna daşıyır. Onun sözlərinə gör, 8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyevin müdrik rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılmış tarixi Qələbənin təntənəsidir və bu Azərbaycanın qalib xalq kimi milli kimliyini bütün dünyaya nümayiş etdirib.

Fərhad Məmmədov
F. Qurbanov vurğulayıb ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə hərbi-siyasi deyil, sosial-iqtisadi sahədə də mühüm nailiyyətlər qazanmış, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bu istiqamətdə strateji yol xəritəsi rolunu oynayıb. O, həmçinin qeyd edib ki, qloballaşma dövründə milli kimliyin, milli-mənəvi dəyərlərin və azərbaycançılıq ideologiyasının qorunması və təhsildə bu dəyərlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
DİA-nın rektoru Urxan Ələkbərov, millət vəkilləri Zahid Oruc və Sahib Alıyev, CQTM-nin direktoru Fərhad Məmmədov çıxışlarında qeyd ediblər ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır. Eyni zamanda çıxışçılar Azərbaycanın Zəfərindən qaynaqlanan milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun qorunması, eləcə də gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra tədbirdə qeyd olunub ki, Laçın şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı seçilib. Bu münasibətlə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunundakı Xüsusi Nümayəndəliyinin, Elm və Təhsil Nazirliyinin, BSU-nun və MDB-yə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən "Can Laçın" adlı məqalə müsabiqəsinin, eləcə də BSU-nun "Konstitusiya və Suverenlik İli" Tədbirlər Planı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri arasında "Suveren Azərbaycan: Keçmişdən Gələcəyə" mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see286

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see280

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see276

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see249

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see244

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see240

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see240

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see234

“ Niyə yadplanetlilər Yerə tələsmir?“ Alimlır 3 əsas səbəbi açıqlayıb

20 İyun 2026 15:51see223

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see205

Bu ağrıya ciddi yanaşın! İnfarkt əlaməti ola bilər

20 İyun 2026 17:55see195

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see194

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see192

Cim Kerri yenidən Qrinç rolunu oynamağı düşünür...

20 İyun 2026 21:14see191

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see190

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see189

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see188

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see185

Gözlənilməz an: Aygün Kazımova belə reaksiya verdi VİDEO

20 İyun 2026 16:49see180

Benzinlə bağlı gözlənilməz qərar BU ÖLKƏDƏ

20 İyun 2026 23:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri