Icma.az
close
up
RU
Qərar verilsə, minlərlə insan pulsuz istifadə edəcək Müzakirələr başladı

Qərar verilsə, minlərlə insan pulsuz istifadə edəcək Müzakirələr başladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletlərinin qiymətləri 1 iyun 2025-ci il tarixindən etibarən bahalaşacaq. Belə ki, qoruğa gələn yerli ziyarətçilər 7, əcnəbilər 20, tələbələr 3, uşaqlar (15 yaşadək) 2 manat ödəməli olacaqlar. Bu isə o deməkdir ki, Qobustana giriş qiyməti şagirdlər üçün 5 dəfə artırılıb. Artıq məsələ ciddi ictimai müzakirələrə səbəb olub. Ekspertlər və ictimaiyyət nümayəndələri bildirirlər ki, bu qərar xüsusilə məktəb ekskursiyalarının təşkili baxımından ailələrə əlavə maliyyə yükü yarada bilər. Hətta qonşu Türkiyədə əksər muzeylərin şagird və tələbələr üçün pulsuz olduğu vurğulanır.

Qeyd edək ki, hazırda giriş qiymətləri yerli ziyarətçilər üçün 4, əcnəbilərə 10, tələbələrə 1, məktəblilərə isə 0.40 AZN təşkil edir.

Azərbaycanda da bu xidmət pulsuz təklif edilməlidirmi?

Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, qiymət artımı yüzlərlə şagirdin tariximizlə, mədəniyyətimizlə birbaşa tanış olmaq imkanının məhdudlaşdırılması deməkdir:

“Unutmamalıyıq ki, tarix və mədəniyyətə sevgi uşaqlıqdan aşılanır. Giriş haqları bu prosesə mane olmamalıdır. Bu gün uşaqlarımıza tarixi yerində öyrədə bilmiriksə, sabah onlardan vətənpərvərlik, milli kimlik gözləyə bilmərik”.

Sona Əliyeva

Ekspert bildirib ki, Türkiyədə mədəniyyətə əlçatanlıq dövlət siyasətinin bir hissəsidir:

“Azərbaycanda da bu təcrübədən faydalanmaq mümkündür. Qobustan kimi milli dəyəri olan abidələrə giriş şagird və tələbələr üçün tamamilə pulsuz və ya simvolik qiymətlərə olmalıdır. Ən azından məktəb ekskursiyaları çərçivəsində bu xidmət dövlət tərəfindən qarşılanmalıdır. Gələcəyin vətəndaşlarını mədəniyyətə sevgi və hörmət hissi ilə böyütmək dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. Düşünürəm ki, bu qərar yenidən nəzərdən keçirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri