Icma.az
close
up
RU
Quru sərhədlər haqda müzakirələr başladı Gözlənilən qərar verilir?

Quru sərhədlər haqda müzakirələr başladı Gözlənilən qərar verilir?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin Tbilisidə görüşü quru sərhədlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Belə ki, Gürcüstan KİV-lərinin məlumatına görə, tərəflər iki ölkə arasında dəmir yolu sərnişindaşımalarının bərpası imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Bakı və Tbilisi arasında sərnişin qatarlarının bu ilin may ayında bərpası planlaşdırılsa da, bu, baş tutmayıb.

İndiki reallıqda bu, gerçəkləşə bilərmi?

Globalinfo.az-a danışan sabiq deputat Rüfət Quliyev deyib ki, hökumət nümayəndələri arasında belə görüşlər faydalıdır:

Rüfət Quliyev

“Sazişlərə qol çəkilibsə, deməli, onlar ya bir ay tez, ya da bir ay gec həyata keçiriləcək. Bu, alternativ yoldur. Ümumiyyətlə, dəmiryolu nəqliyyatının qiyməti təyyarə biletlərindən xeyli ucuzdur, məsafə də çox yaxındır. Gediş-gəlişin bərpası məsələsinin müsbət həll olunacağına inanıram. Bu, həm siyasi proseslərdən, həm də iki ölkənin iradəsindən asılıdır. Qısa zamanda sərhədlərlə bağlı qərarın veriləcəyini düşünürəm”.

Deputat Cavanşir Paşazadə bildirib ki, sərhədlərin bağlı qalması siyasi məsələdir:

Cavanşir Paşazadə

“Qonşu ölkələrdə bəzi çətinliklər yaşanır, münaqişələr hələ də davam edir. Düşünmürəm ki, yaxın gələcəkdə bu problemlər tam həll olunsun. Gələn il üçün də vəziyyət dəyişməyəcək. Bizim problemimiz qonşu ölkələrlə deyil. Məsələn, Gürcüstan dünyaya açıq ölkədir və sərhədlərimizin açıq olması təhlükəlidir. Məsələ ilə bağlı Ali Baş Komandan İlham Əliyev özü də açıqlama verib. Dövlət çətinliklərin qarşısını almaq üçün sərhədlərin bağlanmasını dəstəkləyir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələlər dialoq yolu ilə həll olunacaq və sərhədlərimiz yenidən açılacaq. Lakin quru sərhədlərin qısa müddətdə açılacağı inandırıcı deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri